Accessibility links

Pandemiya suriyalı qaçqınların vəziyyətini daha da ağırlaşdırıb


Pandemiya suriyalı qaçqınların vəziyyətini daha da ağırlaşdırıb
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Koronavirus pandemiyası Türkiyədəki suriyalı qaçqınların əksəriyyətinin işsiz qalmasına səbəb olub. Suriyalı ailələr ölkələrində bomba və güllələrdən, indi isə virus, evsizlik və aclıqdan qorxduqlarını deyirlər.

Döşəməsi çökmüş evdə yaşayan bu balaca qız ac olduğu üçün ağlayır. Bu yeməyi hazırlamaq üçün yarpaqlar şəhər parkındakı ağacdan yığılıb.

Bu evin kirayə qiyməti İstanbul üçün ucuz, cəmi 30 dollar olsa da, bu ailə üçün çoxdur. “Ev sahibi pul verməyəcəyimiz təqdirdə bizi qovmaqla hədələyir. 'Siz burada yaşaya bilməzsiniz' deyir“ - deyə, suriyalı qaçqın İsmahan bildirir.

İsmahan və onun ailəsi adətən işıqforlarda sürücülərə kağız dəsmallar satır. Lakin pandemiya başlayandan bəri bu cür işlərə icazə verilmir.

Türkiyədəki suriyalı qaçqınların əksəriyyəti qeyri-rəsmi sektorlarda işləyir və hazırda gəlirləri yoxdur. Onların çoxu kirayə haqqını ödəyə bilmir.

Yardım təşkilatları az miqdarda yemək, pul və bəzi mallarla təmin etsə də, bu heç vaxt kifayət etmir. Pandemiya uzun zaman davam edərsə, İsmahanın ailəsi kimi bir çox ailə küçələrdə qala bilər. “Bu, eyni qorxudur. Suriyada bombadan öldürülməkdən qorxaraq evdə qalırdıq. İndi virusa görə küçəyə çıxmağa qorxuruq” deyir, suriyalı qaçqın Mərva.

Türkiyə dünyanın başqa ölkələrindən çox, 3,5 milyondan çox suriyalı qaçqını qəbul edib. Lakin ölkədə pandemiyaya görə yoxsulluq artdıqca, qaçqınlarla bağlı narazılıqlar da artır. Suriyalı qaçqın Məhəmməd: “Virusdan əvvəl ayrıseçkilik var idi. Bizə 'ölkənizə qayıdın' deyirdilər. Onlar bizim onların yeməklərinı ağızlarından aldığımızı düşünür, amma bu belə deyil, biz ailələrimizi qidalandırmaq üçün işləyirik."

İndi Məhəmmədin işi yoxdur və o, narahat olduğu üçün gecələr yatmadığını deyir. Müharibə, tez-tez yer dəyişmələrindən yorulmuş Məhəmməd deyir ki, dünyada ən çətin şey övladları yemək istəyəndə, onlara "yeməyimiz yoxdur" deməkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG