Accessibility links

Türkiyə Suriyadakı konvoyuna hücumda Rusiyanı günahlandırır


Türkiyə Suriyadakı konvoyunun hava zərbələri zamanı vurulduğunu və azı üç mülki vətəndaşın öldüyünü və 12 nəfərin yaralandığını bildirib.

Rəsmilərin bildirdiyinə görə, hücum Türkiyəyə məxsus karvan Suriyanın üsyançıların nəzarətindəki İdlib əyalətinə doğru irəliləyərkən törədilib.

Hava zərbələrinin Suriya, yoxsa Rusiya təyyarələri tərəfindən endrildiyi hələlik aydın deyil.

Rusiya Federasiyasının hakimiyyət orqanlarına dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, rejim qüvvələri İdlib bölgəsində hərbi əməliyyatları davam etdirir.
Türkiyə Müdafiə Nazirliyi

Türkiyənin Müdafiə Nazirliyi konvoya edilən hava hücumlarını kəskin şəkildə pisləyib.

"Rusiya Federasiyasının hakimiyyət orqanlarına dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, rejim qüvvələri Rusiya Federasiyası ilə mövcud memorandum və razılaşmaları pozaraq, İdlib bölgəsində hərbi əməliyyatları davam edir," nazirlik bildirib.

Bir neçə gün əvvəl də Suriyanın üsyançıların nəzarət etdiyi şimal-qərbində Rusiyanın dəstəklədiyi hava hücumları nəticəsində 24-dən çox mülki vətəndaş ölüb.

Rusiya hava qüvvələri Suriyada Bəşar əl-Əsədin hakimiyyətini qorumaqda müstəsna rol oynayıb.
Rusiya hava qüvvələri Suriyada Bəşar əl-Əsədin hakimiyyətini qorumaqda müstəsna rol oynayıb.

Suriya İnsan Haqları Müşahidə Qrupu şənbə bildirib ki, Deir kəndinə aparılan hava hücumu nəticəsində, çoxu uşaq olmaqla yeddi nəfər ölüb.

Yerli fəallar və müşahidə qrupunu verdiyi məlumata görə, cümə günü Əl-Haas kəndinə edilən hava hücumları 13 nəfərin ölümünə səbəb olub. Ölənlər arasında hamilə qadın da olub.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG