Accessibility links

Sergey Lavrov: "Rusiya ilə Türkiyə razılıq əldə etmədi"


Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə günü Rusiya ilə Türkiyənin Suriyanın İdlib vilayətində gərginliyi azaltmaq məqsədi ilə Moskvada keçirilən danışıqlarda razılıq əldə edə bilmədiklərini deyib.

Lavrov mətbuat konfransında İdlibdə hücuma keçən Suriya hökumət qüvvələrinin regionla bağlı əvvəlki razılaşmalara uyğun hərəkət etdiyini, eyni zamanda təxribatlara reaksiya verdiyini bildirib.

Lavrov İdlibdə militantların Suriya və Rusiya qüvvələrinə hücumlarını davam etdirdiklərini deyib.

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan çərşənbə günü Suriyadakı münaqişə ilə bağlı Rusiya ilə danışıqların Türkiyənin tələblərini yerinə yetirməkdən uzaq olduğunu deyib və əlavə edib ki, hərbi əməliyyatlar "zaman məsələsidir".

Türkiyənin nümayəndə heyəti Suriyanın İdlib vilayətindəki vəziyyəti müzakirə etmək üçün bazar ertəsi Rusiyaya səfər edib.

Dəməşq üsyançıların son anklavına qarşı hücumunu davam etdirir. Regionda yüz minlərlə insan Suriya prezidenti Bəşar Əl-Əsəd qüvvələrinin çoxsaylı cəbhələrdəki hücumlarından qaçmağa çalışır.

XS
SM
MD
LG