Türkiyə Müdafiə Nazirliyinin cümə axşamı bildirdiyinə görə, Türkiyənin cənub bölgəsində, Suriya ilə sərhəddəki Akçakale yaxınlığında qumbara hücumu zamanı iki türk əsgəri ölüb.
Nazirlik hücumun çərşənbə günü baş verdiyini və hədəfin keçən ay kürdlərin YPG döyüşçülərinə qarşı hərbi əməliyyatlar zamanı Türkiyənin suriyalı üsyançı müttəfiqləri ilə birlikdə ələ keçirdiyi Suriyanın Tel-Abyad şəhərindəki hərbi bazası olduğunu bildirib.
Müdafiə Nazirliyi Türk ordusunun hücumun edildiyi yerə dərhal cavab atəşi açdığını və əməliyyatlarını davam etdirildiyini bildirib.