Accessibility links

Suriyanın şimal-şərqindəki xristianlar Türkiyənin bölgədəki hərbi əməliyyatlarından narahatdır


Suriyanın xristian liderləri Türkiyənin ölkənin şimal-şərqində hücumlarını artırması ilə əlaqədar narahatlıqlarını ifadə edərək, son hərbi əməliyyatların bir çox xristianı və azlıqdakı digər qrup üzvlərinin evlərindən qaçmağa məcbur etdiyini bildirib.

Bölgədəki hərbi rəsmilərin bildirdiyinə görə, keçən həftə Türkiyə xristianların çoxluq təşkil etdiyi Təl-Təmir qəsəbəsinə və ətraf kəndlərə hücumlar həyata keçirib.

"Türkiyənin hücumları bölgədəki iki məktəbi, bir bələdiyyə binasını, bir çörək zavodunu və rayonu elektriklə təmin edən xətti dağıdıb" - deyə, Suriyanın şimal-şərqindəki xristianların yarı-hərbi Suriya Hərbi Şurasının sözçüsü Matay Hanna bildirib.

Suriya Hərbi Şurası kürdlərin rəhbərlik etdiyi və İŞİD kimi tanınan İslam Dövləti terror qruplaşmasına qarşı mübarizədə ABŞ-ın əsas ortağı olan ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDF) bir hissəsidir.

Türkiyə Suriya Demokratik Qüvvələrini Vaşinqton və Ankaranın terrorçu qruplaşma kimi tanıdığı Türkiyədəki PKK-nın davamçısı olaraq görür.

Hanna qrupunun Türkiyə və suriyalı ortaqları tərəfindən bölgəyə edilən hər hansı bir hücuma cavab verməyə hazır olduğunu deyib.

Türkiyə ordusu və Suriyanın müttəfiq yarı-hərbi dəstələri Suriya Demokratik Qüvvələrinin döyüşçülərinə qarşı böyük hərbi kampaniyadan sonra 2019 -cu ilin oktyabr ayından etibarən Suriyanın şimal-şərq hissələrini nəzarətində saxlayır.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG