Accessibility links

Türkiyə Suriyada hərbi əməliyyata başlayıb, ölənlər var


Türkiyə və suriyalı üsyançı müttəfiqləri Suriyanın şimal-şəqrində hərbi əməliyyata başlayıb. Bu barədə çərşənbə günü prezident Rəcəb Tayyib Ərdoğan xəbər verib. O əlavə edib ki, hücumun məqsədi Türkiyənin cənub sərhədində “terror dəhlizini” aradan qaldırmaqdır.

Ərdoğan deyib ki, “Sülh Bulağı Əməliyyatı” adlanan hücumun hədəfi Suriyanın YPG yarı-hərbi dəstəsi və İslam Dövləti militantlarının yaratdığı təhlükəni aradan qaldırmaq, habelə ərazidə “təhülkəsizlik zonasının” yaranmasından sonra Türkiyədəki suriyalı qaçqınların geri dönmələrinə imkan yaratmaqdır.


“Məqsədimiz cənub sərhədimizdə yaradılmağa çalışılan terror dəhlizini məhv etmək və əraziyə sülh və sabitlik gətirməkdir”, Ərdoğan Twitterdə yazıb.

“Biz Suriyanın ərazi bütövlüyünü qoruyacağıq və yerli icmaları terrorçulardan azad edəcəyik”, o əlavə edib.

Kürdlərin başçılıq etdiyi Suriya Demokratik Qüvvələr bildirib ki, Türkiyənin döyüş təyyarələri şimal-şərqdəki regiona hücum edib və “insanlar arasında təşviş yaradıb”. Bildirilib ki, minlərlə insan bölgəni tərk edir, 2 mülki vətəndaş öldürülb, 2-si yaralanıb.

“Türkiyənin döyüş təyyarələri mülki ərazilərə hava hücumları etməyə başlayıb”, Suriya Demokratik Qüvvələrin sözçüsü Mustada Bali Twitterdə yazıb.

Suriyanın dövlət mediası və kürd rəsmiləri ayrı-ayrılıqda bildirib ki, Türkiyə sərhədindəki Ras-əl-Ain şəhəri bombalanıb.

Türkiyə mediası isə xəbər verir ki, Suriyadan Türkiyənin sərhəd Ceylanpınar və Nusaybin şəhərlərinə top və raket hucumları həyata keçirilib. Tələfat haqda məlumat verilməyib.

Bu arada, ABŞ-ın dəstəklədiyi kürd qüvvələri Suriyada İŞİD əleyhinə əməliyyatarı hələlik dayandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG