Accessibility links

Türkiyə Suriyada hərbi mövcudluğunu artırır


Türkiyə əsgərləri Qaminas kəndində
Türkiyə əsgərləri Qaminas kəndində

Türkiyə Suriyanın İdlib vilayətinə tank və silah göndərir. Dəməşq isə üsyançıların son anklavına qarşı hücumunu davam etdirir. Lakin Ankara Moskvaya jest olaraq İdlibdə radikal ünsürləri təqib edəcəyinə söz verib və “davamlı atəşkəsə” çağırıb.

Dəməşq qüvvələri iddia edir ki, onlar artıq üsyançıların son istehkamına yaxınlaşır. Lakin üsyançılar döyüşlərin artdığı bir vaxt, cümə günü Suriya ordusuna məxsus hərbi vertolyotu vurub. Bu, onların bu həftə vurduğu ikinci vertolyotdur.

Ankara da üsyançıları təkmilləşdirilmiş təyyarə və tank əleyhinə silahlarla təchiz edir və əraziyə yüzlərlə zirehli maşın və tank göndərir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dəməşq qüvvələri fevral ayının sonunadək İdlibdən çıxmadığı təqdirdə onları oradan çıxaraxağını vəd edəndən sonra ərazidə hərbi mövcudluğunu artırıb. Onun ultimatumundan sonra bu ay Suriya qoşunları 14 Türkiyə əsgərini öldürüb.

Suriya ordusunun vertolyotu vurulub
Suriya ordusunun vertolyotu vurulub

Lakin Türkiyənin müdafiə naziri Hulusi Akar cümə axşamı başqa bir mövqedən çıxış edib və İdlibdə radikalları təqib edəcəklərinə söz verib. Akar deyib ki, onlara qarşı “gücdən istifadə olunacaq” və “bütün tədbirlər” nəzərdən keçiriləcək.

Türkiyənin müdafiə naziri radikallardan bəhs edərkən Dəməşq qüvvələrinin İdlbdə döyüşdüyü Həyat Təhrir Əl-Şam qrupuna istinad edirdi.

Moskva Dəməşq hücumuna görə Ankaranı günahlandırır və Ankaranın 2018-ci ildə Soçidə İdlibdə de-eskalasiya zonasının yaradılması məqsədilə imzalanan razılığa müvafiq olaraq radikal qrupları ərazidən təmizləyib, onları silahsızlaşdıra bilmədiyini iddia edir.

Türkiyə tərəfi idlibdə “ terrorçu qrupları neytrallaşdırmaq öhdəliyini üzərinə götürüb” - deyə, Kreml sözçüsü Dmitri Peskov cümə günü bildirib.

Ərdoğan Rusların İdlibdəki döyüşlərə görə məsuliyyət danışığını iddia edrəək Moskvanın radikal qrupları silahsızlaşdırmaq çağırışlarını rədd edib.

Vaşinqton isə Ankara ilə Moskva arasında ixtilaf yaratmaq fürsəti əldə etdiyi üçün Ərdoğanın İdlib mövqeyini dəstəkləyib. ABŞ-ın dövlət katibi Mayk Pompeo səfir Cim Ceffrini çərşənbə günü fövqəladə danışıqlar aparmağa göndərib. Ceffri çərşənbə axşamı danışıqlardan öncə müxbirlər önündə çıxış edərkən hər bir dəstəyin nəzərdən keçiriləcəyinə işarə edib.

Cim Ceffri
Cim Ceffri

Lakin ABŞ-ın milli təhlükəsizlik müşaviri Robert Obrayan çərşənbə günü bu addımı istisna edib və deyib: "Biz bunun qarşısını almaq üçün nə etməliyik? Biz qlobal polis olaraq paraşüt ilə oraya atlayıb, əlimizdə 'Türkiyə bunu dayandır, Rusiya bunu dayandır, İran bunu dayandır ya da Suriya buna son qoy' yazılan plakatlar tutmalıyıq?"

Türkiyənin dövlət tərəfdarı mediası isə cümə günü Vaşinqtona hücum edərək, NATO müttəfiqini ikiüzlülükdə ittiham edib.

Türkiyənin aparat rəhbəri Yaşar Güler cümə axşamı Rusiyalı həmkarı general Valeri Gerasimovla İdlibdəki vəziyyətlə bağlı söhbət edib.

"Ərdoğan hələ ki, praqmatik insandır. O hələ də, qalib gələ biləcəyini düşünür. O, Putini ona Suriyada bəzi güzəştlərə getməyə inandıra bilər", təhlilçi Atilla Yeşilada bildirir.

Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlu bazar günü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG