Accessibility links

Türkiyə Suriyada Rusiya ilə qarşıdurma artdıqca NATO müttəfiqlərinə üz tutur


İllərdir NATO tərəfdaşlığına qarşı çıxan Ərdoğan nəhayət ki, bu tərəfdaşlığa ehtiyac duyduğunu bildirib.

Türkiyə Rusiyanın dəstəyi ilə Suriya qüvvələrinə qarşı müharibəyə doğru irəlilədikcə Ankara Moskva ilə qurulan dostluq planlarının pozulması təhlükəsi səbəbi ilə ABŞ və Avropa müttəfiqlərindən dəstək istəyib. Bu dönüş Türkiyəyə doğru kütləvi şəkildə yönəlmiş qaçqın dalğası və Suriyada Türkiyənin dəstəklədiyi üsyançıların məğlub olması təhlükəsi artmağa başladıqdan sonra yaranıb.

Bu səbəbdən rəsmi Ankara Vaşinqtondan Suriya sərhəddində bir cüt Patriot raket əleyhinə batareyanın yerləşdirilməsi üçün müraciət edib. Türkiyə ABŞ-ın idarə etdiyi Patriotlara Suriyadakı üsyançıların son dayağı olan İdlibə hücumu dəstəkləyən Rusiya hava hücumlarından qorunmaq üçün ehtiyacı var. Türkiyə həmçinin Avropa müttəfiqlərindən gələ biləcək oxşar dəstəyi qəbul etməyə hazır olduğuna dair siqnal verib.

Bu istək illərlə ABŞ və Avropa müttəfiqlərə qarşı çıxdıqdan sonra Ərdoğan tərəfindən edilmiş kəskin dəyişiklikdir və Türkiyə üçün Suriyada Rusiya ilə ehtimal olunan qarşıdrmanın necə təhlükəli olduğunu göstərir. Türkiyə Rusiya ilə hər hansı bir qarşıdurmadan yayınacağını israr etsə də, Türkiyə tərəfinin itkilərinin sayı artdıqca Ərdoğanın cavab verməsi üçün təzyiqlər artır.

"Biz uçurumun kənarındayıq və bir anlaşma əldə etməliyik. Bu həftə baş son Türkiyə tərəfdən son ölüm halları vəziyyətin təhlükəli və gözlənilməz bir hal aldığını göstərir", Moskvada Şərqşünaslıq İnstitutunun Yaxın Şərq üzrə mütəxəssisi İrina Zvyagelskaya bildirib ki,

Ərdoğan cümə günü Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makronla telefon danışığı apararaq, Suriya rejiminin və tərəfdarlarının İdlibdəki təcavüzünü dayandırmaq və humanitar böhranın qarşısını almaq üçün "güclü dəstəyin" lazım olduğunu vurğulayıb. Bu, Merkel və Makronun Rusiya prezidenti Vladimir Putinlə İdlib barəsində müzakirələrindən sonra edilib.

Türkiyə illərdir ABŞ ilə Patriot sistemi üzərində mübahisə edirdi. Trump administrasiyası Ankaranın Rusiyadan S-400 raketdən müdafiə sistemini alqısını ləğv etmədiyi təqdirdə Patriot sistemini satmayacağını bildirmişdi. Vaşinqton S-400 sisteminin NATO-nun imkanları, xüsusən də gələcək nəsil F-35 qırıcı təyyarələri üçün təhlükə hesab edir.

Keçən il Rusiyadan S-400 raketlərini təhvil alarkən Putinlə yaxşı münasibətlər quran Ərdoğan ABŞ-ın Türkiyəni başqa bir strateji müttəfiqi ilə əvəz edə bilməyəcəyinə inanmışdı. Lakin Türkiyə üç həftə ərzində İdlibdə hava zərbələri və artilleriya atəşi nəticəsində çox sayda əsgərin ölümündən sonra strategiyasında dəyişiklik etmək qərarına gəlib.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG