Accessibility links

Türkiyə Suriyada "terror dəhlizini" məhv etməkdə qətiyyətlidir


Afrin, Suriya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü deyib ki, Türkiyə və Birləşmiş Ştatlar təhlükəsiz zonanın yaranması üzərində razılıq əldə etsə də-etməsə də, onun ölkəsi Suriyanın şimalında “terror dəhlizini” məhv etməkdə qətiyyətlidir.

ABŞ və Türkiyə rəsmiləri Türkiyənin regionda kürd döyüşçülərinin mövculuğu səbəbilə təhlükəsizilik narahaqlatıalqını aradan qaldırmaq məqsədilə Fərat çayının şərqində təhlükəsiz zonasının yaranması ilə bağlı danışıqlar aparır. Türkiyə ABŞ qüvvələri ilə birlikdə İslam Dövləti qrupuna qarşı döyüşən kürd döyüşçüləri Türkiyədəki kürd qiyamçıların müttəfiqi olan terrorçu olaraq görür.

Ankara Suriya ilə sərhəddə kürd döyüşçülərinin olmadığı zona istəyir. Ankara həmçinin bu zonanın suriyalılar üçün təhlükəsiz olacağını və ölkənin bəzi qaçqınlarının oraya geri dönməsinə icazə verəcəyini bildirib.

Türkiyə təhlükəsizlik zonası üzərində razılıq əldə olunmasa Suriyaya yeni mümkün hücumla bağlı xəbərdarlıq edib və bu yaxınlarda sərhəd əraziyə qüvvə göndərib. Türkiyə 2016-cı ildən bəri İŞİD və kürd döyüşçülərə qarşı sərhədlərarası hücum həyata keçirir.

Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

Mərkəzi Komandlanğın başçısı, dəniz piyadaları korpusunun generalı F. MakKenzi bazar ertəsi Suriyada kürdlərin nəzarət etdiyi əraziləri ziyarət edib. MakKenzi yüksək vəzifəli kürd komandirlə görüşüb. Orada onlar təhlükəsiz zonanı müzakirə edib. Kürd rəsmiləri o zaman Suriyanın şimal-şərqində təhlükəsizlik məsələsini yalnız dialoqun həll edə biləcəyini söyləmişdi.

Ərdoğan deyib ki, Tükiyənin Fəratın şərqində Suriyaya müdaxiləsi nəticəsində Suriyanın kürd döyüşçiləri ilə Türkiyənin kürd üsyançılarının sığınacaqlarına qarşı hava hücumları keçirdiyi İraq arasında əlaqə kəsiləcək.

Suriyanın xarici işlər naziri ABŞ-ın ölkəyə “məhvedici müdaxiləsini” qınayıb. Nazirlik bildirib ki, ABŞ-ın Suriyaya müdaxiləsinin məqsədi böhranı uzatmaq və çətinləşdirməkdir. Xarici İşlər Nazirlyinin adı açıqlanmayan rəsmisi bəyanatda bildirib ki, Suriya Türkiyə ilə Suriyanın suverenliyi və birliyini açıq-aşkar pozan hər hansı razılığı qəti şəkildə rədd edir.

Bu arada isə Türkiyə lideri Türkiyənin ötən həftə İraqın yarı-muxtar kürd regionunda Türkiyə diplomatının qətlinin arxasında olan şübhəliləri ələ keçirdiyini ya da öldürdüyünü təsdiq edib.

Türkiyə mətbuatı cümə axşamı bildirib ki, ordu Türkiyə kəşfiyyatından aldığı məlumatla iyulun 17-də Ərbildə restoranda Osman Kösenin öldüyü hücumu planlaşdıran insanları daşıyan iki maşını hədəf alıb. Müxbirlər deyib ki, hücumu planlaşdırmaqda şübhəli bilinənlər və onların cangüdənləri iyulun 18 və 24-də öldürülüb.

İraqın kürd rəsmiləri ötən həftə sonu bildirib ki, onlar atışmada əsas şübhəlinin Türkiyənin Diyarbakır şəhərindən 27 yaşlı insanın olduğunu müəyyən edib.

Ərdoğan deyib: “Biz konsulluq işçimizi şəhid edənlərin hər birini ələ keçirmişik. Əgər hansı isə yox idisə, onlar da uğurlu əəliyyat nəticəsində gizləndikləri yerdə zərərləşdirilib".

XS
SM
MD
LG