Accessibility links

Türkiyə Suriyadakı əməliyyatları intensivləşdirir, İŞİD kürdlərə hücum edir


Türkiyə cümə günü Suriyanın şimal-şərqində kürd yarı-hərbi dəstəsinə qarşı hava və artilleriya hücumlarını intensivləşdirib.

Kürdlər Birləşmiş Ştatların dəstəyi ilə Suriyanın şimal-şərqində İslam Dövləti qrupundan böyük əraziləri geri alıb. Onlar deyir ki, Türkiyənin hücumu cihadçı qrupun yenidən ortaya çıxmasına gətirib çıxara bilər.

Türkiyə çərşənbə axşamı hücumu başladandan sonra İslam Dövləti qrupu kürdlərin nəzarət etdiyi ən böyük şəhər olan Qamışlıda maşın bombası hücumu edib.

Orada beş İŞİD döyüşçüsü həbsxanadan qaçıb və düşərgədə saxlanılan xarici qadınlar çadırları yandırıb və mühafizəçilərə çubuq və daşlarla hücum edib.

Türkiyə Tramp bazar günü prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışandan və kürd qüvvələri ilə birlikdə döyüşən ABŞ qoşunlarını ərazidən çıxarandan sonra ilk hücumuna başlayıb.

ABŞ ordusunun rəsmiləri cümə günü qanunvericilər və siyasi təhlilçilərin Tramp administrasiyasının ABŞ-ın müttəfiqlərini Türkiyənin hərbi hücum təhlükəsinə açıq buraxdığına dair ittihamları rədd edib. Türkiyə məqsədinin kürd YPG yarı-hərbi dəstəsini məğlub etmək olduğunu bildirib.

Cümə günü Suriyanın şimalında ABŞ-ın hərbi forpostu yaxınlığında partlayış baş verib, yaralanan olmayıb, partlayışın səbəbi isə bəlli deyil.

Pentaqon Türkiyənin Suriyadakı ABŞ qüvvələrinə Suriyada ABŞ qüvvələrinə təhlükə yaradacaq heç bir şey etməməsinin vacibliyini Türkiyənin Müdafiə Nazirliyi bildirib ki, onlar ABŞ bazalarına zərər dəyməməsi üçün bütün tədbirləri görüblər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG