Accessibility links

Türkiyə Suriyanın şimalında kürdlərin mövqelərinə zərbələr endirir


Arxiv fotosu-Suriya kürdlərinin YPG birləşmələrinin döyüşçüsü Türkiyə ordusunun tanklarının Hələb vilayətinin
Esme kəndi yaxınlığında mövqe tutmasını izləyir.
Arxiv fotosu-Suriya kürdlərinin YPG birləşmələrinin döyüşçüsü Türkiyə ordusunun tanklarının Hələb vilayətinin Esme kəndi yaxınlığında mövqe tutmasını izləyir.

Türkiyə ordusu bazar günü Suriyada kürd döyüşçülərin Fərat çayından şərqdə yerləşən mövqelərinə zərbələr endirib.

Türkiyənin rəsmi Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Suriyada Kürd Xalq Müdafiə Birləşmələri-YPG-nin Zor Moğardakı mövqeləri artilleriya atəşlərinə tutulub.

Hələb şəhərinin şimal hissəsindəki kənd Türkiyənin dəstəklədiyi Suriya müxalifət qüvvələri və YPG qüvvələrini ayıran Fərat çayının sahilində yerləşir. Türkiyə YPG-ni PKK ilə əlaqəsi olan terror təşkilatı hesab edir.

Arxiv fotosu-Türkiyə ordusunun əsgərləri Suriyanın Afrin bölgəsində, 3 mart, 2018.
Arxiv fotosu-Türkiyə ordusunun əsgərləri Suriyanın Afrin bölgəsində, 3 mart, 2018.

Britaniyada yerləşən Suriyada İnsan Hüquqlarını Müdafiə qrupu və kürdlərin Havar xəbər agentliyi də Türkiyə artilleriyasının Fərat çayından şərqdə zərbələr endirdiyi haqda məlumat verib. Havar tələfatlar haqda məlumatın olmadığını bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə sərhədin "terroçulardan" təmizlənməsi məqsədilə hərbi əməliyyatların genişləndirilməsi haqda dəfələrlə xəbərdarlıq edib.

Arxiv fotosu- Suriyada Kürd Xalq Müdafiə Birləşmələri-YPG-nin döyüşçüləri
Arxiv fotosu- Suriyada Kürd Xalq Müdafiə Birləşmələri-YPG-nin döyüşçüləri

Suriyada İnsan Hüquqlarını Müdafiə qrupu bildirib ki, kürd döyüşçülərinin əsas istinadgahı olan Kobani yaxınlığındakı kəndlər kürdlərin Türkiyənin təhdidlərinə görə yüksək hazırlıq vəziyyətində olduğu vaxt artilleriya atəşinə tutulub.

Birləşmiş Ştatlar Suriyada İslam Dövləti qrupuna qarşı mübarizədə kürd döyüşçülərinə dəstək göstərir. ABŞ-ın dəstəyi NATO üzrə iki müttəfiq arasında gərginliyə səbəb olub.

XS
SM
MD
LG