Accessibility links

Türkiyə Suriyanın şimalında qaçqınlar üçün $27 milyard dollarlıq məskunlaşdırma layihəsi planlaşdırır


TRT xəbər agentliyinin cümə günü məlumatında bildirilib ki, Suriyanın “təhlükəsiz zona” adlandırılan şimal-şərqində Türkiyənin 1 milyon qaçqın üçün inşa edəcəyi layihə $27 milyard dollara başa gələcək.

Prezident Rəcəp Tayyib Ərdoğan bu həftə Birləşmiş Ştatların Baş Assambleyasında çıxışı zamanı Türkiyənin Birləşmiş Ştatlarla birlikdə qurmaq istədiyi bölgəni və qaçqınların yerləşdiriləcəyi yerləri göstərəcək bir xəritə nümayiş etdirib.

Türkiyə Suriyanın şimal-şərqindəki 400 km-lik çox sərhəd boyunca 32 km sahəni əhatə edəcək “təhlükəsiz zona” yaradılmasına çalışır.

İlkin plana əsasən Ankaranın təhdid olaraq gördüyü Suriyadakı kürd qüvvələri sərhəddən sıxışdırıb çıxarılmalı idi. İndi həmin regionda Türkiyədəki 3.6 milyon suriyalı qaçqının 1 milyonu üçün evlər tikiləcək.

NATO-nun iki müttəfiqi sərhəd bölgəsinə quru və havadan nəzarətə başlamasına baxmayaraq, Türkiyə ABŞ-ın çox yavaş hərəkət etdiyini və belə gedərsə, təktərəfli hərəkət edəcəyi barədə xəbərdarlıq edib.

Bu həftə Nyu Yorkda BMT Baş Assambleyasının toplantısından qayıdan prezident Rəcəp Tayyib Ərdoğan hansı addımların atılacağı barədə qərar verəcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG