Accessibility links

Türkmən miqrantların deportasiyasını dayandırmaq üçün Türkiyəyə çağırış edilir


Onlarla insan haqları qrupu Türkiyəni türkmən fəallarını Türkmənistana deportasiya etmək planlarını dayandırmağa çağıraraq, onların öz ölkəsində təqiblərlə üzləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

Son bir neçə aydır Türkiyədə yaşayan türkmən fəallara qarşı təzyiqlər artıb. Bəzi xəbərlərə görə, onlardan bəziləri saxlanır, deportasiya müəssisələrinə yerləşdirilir və Türkmənistana deportasiya olunmaqla hədələnir.

“Uzun müddətdir Türkmənistan hökumətinin dinc tənqidçiləri ciddi şəkildə cəzalandırması ilə bağlı halların olduğunu nəzərə alaraq, fəalların Türkmənistana məcburi qaytarılması onları əsassız həbs, işgəncə və hətta həbsxanalarda yoxa çıxma kimi ciddi risk qarşısında qoyur” - deyə, türkmən və beynəlxalq insan haqlarının 33 təşkilatının noyabrın 2-də açıqladığı bəyanatda bildirilib.

Keçən ildən bəri Türkmənistanın Türkiyədəki vətəndaşları avtoritar prezident Qurbanqulu Berdiməhəmmədovun koronavirus pandemiyası, ölkədəki iqtisadi böhran və azadlıqların məhdudlaşdırması siyasətinə qarşı etiraz aksiyaları keçirib.

Son illər Türkmənistanın Türkiyədəki diplomatik nümayəndəlikləri Türkmənistan vətəndaşlarının pasportlarını yeniləməkdən və dəyişdirməkdən imtina edərək, sənədləri yeniləmək üçün onları Türkmənistana qayıtmağa məcbur edib.

33 insan haqları təşkilatının fikrincə, bu siyasət nəticəsində bir çox türkmən Türkiyə də daxil olmaqla, miqrant kimi yaşadıqları ölkələrin miqrasiya qanunlarına əməl edə bilmir.

Koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq edilən səyahət məhdudiyyətləri bu problemi daha da ağırlaşdırır. Minlərlə türkmən miqrant pasportlarının müddəti bitdiyinə görə iş, təhsil, səhiyyə və hərəkət azadlığından məhrum edilib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG