Accessibility links

Türkiyə İdlib vilayətində əlavə tədbirlər alacağını bildirib


Prezident Rəcəp Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının təxminən 5 saat davam edən iclasından sonra Türkiyənin Suriyanın şimal-qərbindəki İdlib vilayətində təhlükəsizlik qüvvələri və mülki vətəndaşları hədəf alan hücumlara qarşı əlavə tədbirlər alacağını bildirib.

Rusiyanın dəstəklədiyi Suriyanın hökumət qüvvələrinin İdlibdəki bombardmanları Türkiyədə yeni bir qaçqın dalğasının narahatlığını artırıb.

Çərşənbə günü Ərdoğan Suriyadakı bombardmanlara görə Ankaranın səbrinin tükəndiyini və Rusiyanın oradakı qarşıdurmanı dayandırmağa yönəlmiş razılığı pozduğunu deyib.

"Bizim ölkənin öhdəliyi Suriyanın müxtəlif bölgələrində təhlükəsizlik qüvvələrimizi və mülki əhalini hədəf almaqda davam edən terror hücumlarına qarşı əlavə tədbirlər görməkdən ibarətdir. Əsasən İdlib olmaqla, Suriyada fəaliyyət göstərən ölkələrlə razılaşmalara baxmayaraq, hücumlar davam edir" - deyə, Milli Təhlükəsizlik Şurasının bəyanatında bildirilib.

Müxalif fəallar və xilasetmə dəstələrinin cümə axşamı bildirdiyinə görə, hərbi təyyarələr Suriyanın şimal-qərbindəki üsyançılara məxsus mövqeləri hədəf alarkən azı 10 nəfər ölüb. Suriyanın hökumət qüvvələrini dəstəkləyən Rusiya döyüş təyyarələri tərəfindən həyata keçirildiyi güman edilən bombardman zamanı yerli xəstəxananı da dağılıb.

Rusiya Müdafiə Nazirliyi hücumun arxasında olduğunu rədd edərək, bunu "təxribat" adlandırıb. Nazirlik Rusiya döyüş təyyarələrinin ərazidə heç bir hücum həyata keçirmədiyini bildirib.

T

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG