Accessibility links

Türkiyə: Tramp Fətullah Gülənin ekstradisiyası üzərində çalışır


Türkiyə: Tramp Fətullah Gülənin ekstradisiyası üzərində çalışır
please wait

No media source currently available

0:00 0:01:40 0:00

Türkiyə: Tramp Fətullah Gülənin ekstradisiyası üzərində çalışır

Türkiyənin xarici işlər naziri ABŞ prezidenti Donald Trampın bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı müsəlman din adamının ekstradisiyasının nəzərdən keçirildiyində əmin etdiyini bildirib.

Türkiyə uzun müddətdir ki, ABŞ-da yaşayan din adamı Fətullah Gülənin ekstradisiya olunmasını istəyir. Ərdoğanın keçmiş müttəfiqi olan Gülən əsgərlərə tank və vertolyotlarla parlamentə hücum etmək və silahsız insanları qarşı güllə atmaq əmri verməklə hakimiyyət çevrilişinə cəhddə günahlandırılır.

Mevlut Cavuşoğlu ABŞ-ın CNBC kanalına deyib ki, Tramp Böyük İyirmiliyin Argentinada keçirilən saamiti zamanı Fətullah Gülənin ekstradisiya məsələsi üzərində işlədiyini deyib.

"Biz bu adam və onun təşkilatında olan 84 nəfərin ABŞ-dan ekstradisiya olunmasını tələb etmişik. Onlar Türkiyəyə ektradisiya olunmalıdır. Sonuncu dəfə biz Buenos-Ayresdə görüşən zaman prezident Tramp Ərdoğana bu məsələnin üzərində işlədiyini bildiri." - deyə, Türkiyə xarici işlər naziri qeyd edib.

ABŞ-ın Pensilvaniya ştatındakı iqamətgahında yaşayan türkiyəli din xadimi Fətullah Gülən hərbi çevriliş cəhdi ilə əlaqədar ittihamları rədd edir.

Türkiyə Gülənin ekstradisiyasını gözləyərkən Tramp keçən ay bildirib ki, o, səudiyyəli jurnalist Camal Xaşuqcinin İstanbulda qətli ilə bağlı Türkiyənin Səudiyyə Ərəbistanına olan təzyiqlərinin azaltmaq səylərinin bir hissəsi olaraq dini liderin ekstradisiya olunması variantını nəzərdən keçirmir.

Qətərdə keçirilən konfransda danışan Çavuşoğlu həmçinin, Avropa ölkələrini səudiyyəli jurnalist Camal Xaşuqcinin öldürülməsinə göz yummaqda günahlandırıb.

Xaşuqcinin öldürülməsi ilə bağlı Avropa ölkələrinin mövqeyini tənqid edən Çavuşoğlu bildirib ki, onlar yalnız "həbsdə olan və bu ölkələri heç vaxt ziyarət edə bilməyəcək insanlara qarşı sanksiya tətbiq edirlər".

"Media və ifadə azadlığını təbliğ edən bir çox Avropa ölkələsi bu hadisəyə göz yumur."

ABŞ Senatı dekabrın 13-də səudiyyəli jurnalistin ölümünə görə vəliəhd şahzadə Məhəmməd Bin Salmanın məsuliyyət daşığıdığını tanıyan qətnamə qəbul edib.

XS
SM
MD
LG