Türkiyə və Amerika Birləşmiş Ştatlarının həbs edilmiş amerikalı rahiblə bağlı diplomatik mübarizədədir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2016-cı ildə dövlət çevrilişinə cəhddə köməkdə günahlandırılan amerikan protestant rahibin həbsinin davam etdirilməsi ilə bağlı ABŞ-ın təhdid etdiyi sanksiyalara qarşı öz mövqeyini saxladığını bildirib. Keçən həftə Endrü Branson terror və casusluq ittihamı ilə təxminən iki il həbsxanada olduqdan sonra ev dustaqlığına köçürülüb.
ABŞ prezidenti Donald Tramp cümə axşamı günü rəsmi Ankaranı Bransonu sərbəst buraxmadığı təqdirdə “böyük sanksiyalar”la hədələyib. Rəcəb Tayyib Ərdoğan "sanksiya ilə qarşılaşsaq belə geri çəkilməyəcəyik" deyib və ABŞ-ı səmimi müttəfiqini itirdiyini bildirib.
Vaşinqton İnstitutunun Yaxın Şərq Siyasəti üzrə sabiq diplomatı Ceyms Ceffri bu məsələyə fikir bildirərək deyib ki, Bransonun işi ABŞ-da yaşayan və 2016-cı il çevrilişində müdaxiləsini etiraz edən müsəlman ruhani Fəthullah Gülənin ekstradisiyasının, onun şəbəkəsinə yardım etməsi iddianın bir hissəsidir.
Ceyms Ceffrey deyib ki, son aylar ABŞ-Türkiyə münasibətlərinin yaxşılaşması və Brunsonun ev həbsinə keçməsi müsbət bir nəticəyə gətirib çıxarıb, onun sözlərinə görə, ABŞ və ya Türkiyə tərəfində bir "yanlışlıq" olmayıb.