Accessibility links

Türkiyə və ABŞ Mənbicdə birgə patrul keçirir


Türkiyə və ABŞ qüvvələri cümə axamı Suriyanın şimalında yerləşən Mənbic regionunda birgə patrul əməliyyatı başladıb.

Türkiyənin müdafiə naziri Hulusi Akar Türkiyə sərhədindən 30 kilometr uzaqlıqda yerləşən Mənbicdə patrulların başladığını təsdiq edib.

Kürd qüvvələri 2016-cı ildə İŞİD-in Mənbicdən çıxması ilə nəticələnən ABŞ-ın dəstəklədiyi hücum vasitəsilə ərazinin bir hissəsini ələ keçirəndən bəri iki NATO müttəfiqi arasında mübahisə yaranıb.

Türkiyə və ABŞ qüvvələri iyun ayından bəri Mənbic yaxınlığında koordinaiysa edilmiş müstəqil patrullar həyata keçirirdi.

Bir şahidin Reuters-ə verdiyi məlumata görə, o, cümə axşamı Mənbicdən 20 kilometr uzaqlıqda ABŞ və Türkiyə bayraqları dalğalandıran altı hərbi maşından ibarət konvoy görüb.

Suriyanın kürd qruplarını milli təhlükəsizliyinə hədə olaraq görən Türkiyə bu ilin əvvəlində Mənbicə qarşı hərbi əməliyyat keçirməklə hədələmişdi. Daha sonra iyun ayında Birləşmiş Ştatlarla iki ölkənin birlikdə regionda sabitlik və təhlükəsizliyi təmin edəcəyi yol xəritəsinə razılaşdı.

Bundan da qısa müddət sonra, kürd YPG yarı-hərbi dəstəsi ordu müşavirlərinin şəhərdən çıxarıcağını elan etdi.

Patrul YPG-nin nəzarət etdiyi Mənbicin Hərbi Şurası və AB.-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri ilə Türkiyənin nəzarət etdiyi əraziləri bölən sərhəd xətti boyu keçirilir.

Türkiyənin müdafiə nazirliyi bildirib ki, birgə patrul cümə axşamı yerli vaxtla saat 15:53-də başlayıb. “Patrul Mənbic yol xəritəsində qeyd olunan hədəflərə çatanadək davam edəcək”, hesabatda qeyd olunub.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG