Accessibility links

Türkiyə və Rusiya vətəndaşları Azərbaycana səyahət edə biləcək


Bakı hava limanı
Bakı hava limanı

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah 10 iyun tarixindən etibarən Rusiya ilə Türkiyə vətəndaşlarının hava yolu ilə Azərbaycana səyahət şərtlərini açıqlayıb.

Məlumata əsasən, bunun üçün yaşı 18-dən yuxarı olan sərnişinlər tam vaksinasiya və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənəd və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testinin neqativ olduğunu təsdiqləyən sənəd təqdim etməlidir.

1 yaşdan 18 yaşadək sərnişinlər isə uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair neqativ PCR testin nəticəsini təsdiqləyən rəsmi sənədə sahib olmalıdır.

Bununla yanaşı, 10 iyundan başlayaraq Azərbaycana gələn 1 yaşdan yuxarı bütün sərnişinlər üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin müddəti uçuşdan əvvəl 48 saatdan 72 saatadək artırılır.

Yaşı 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasportu və PCR testinin nəticələrinin tələb olunmadığı bildirilir.

Məlumata görə, Azərbaycana birbaşa uçuşlar edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar. Azərbaycanın sərhəd nəzarətindən keçdikləri zaman tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmayacaq və aviadaşıyıcının hesabına həmin təyyarə ilə geri qaytarılacaq, qərarda deyilir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan ölkənin sərhədləri sərnişin daşıyıcıları üçün bağlanıb. Yalnız xüsusi hallarla əlaqədar olaraq sərhədlərdən keçid təmin edilib.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG