Dünyanın çox yerində qış fəslində sahibsiz heyvanlar əzab çəkir. Qışda Türkiyənin şərqindəki Van şəhərində temperaturun sıfırdan aşağı olması normal hal olsa da, sahibsiz it və pişiklər üçün ağır olur.
Türkiyənin şərqindəkı şaxtalı hava şəraitində çox sayda sahibsiz heyvan ölür. Mütəxəssislərin dediyinə görə, həddindən artıq soyuq hava şəraitində pişik və itlər kifayət qədər yemək yeməsələr bir günün içərisində ölə bilərlər. Veterenar Robin Əzizan: “Əgər küçələrdəki pişiklər şaxtalı hava şəraitində yemək yeməsə 6 saatdan sonra, itlər isə 17 saatdan sonra ölə bilər.”
Qış mövsümündə Van şəhərində minlərlə sahibsiz pişik və itin həyatı ipdən asılı vəziyyətdə olur. Van bələdiyyəsi sahibsiz heyvanlar üçün qida yaratmaqla kömək üçün ilkin addımlar atdı. Adəm Yazıcı: “Xəstəliyi olan və ac heyvanların ölməməsi üçün onlara restoranlardan yemək qalıqlarını gətiririk. Onları müalicə mərkəzlərinə aparır, müalicə edirik. Yaraları sağalandan sonra onları yenidən küçələrə buraxmalı oluruq."
Şəhər sakinləri də yardım etməyə çalışır. Miro Zilan: “Özümüzü onların qoymalı və düşünməliyik ki, bu heyvanlar üşüyürmü? Bəli, onlar da bizi kimi üşüyür. Yağış yağanda biz içəri girdirik, ancaq onların getmələri üçün yer yoxdur. Onlar da isti yerdə olmaq və rahat yatmaq istəyirlər. Onlar ac qalır, buna görə də evlərinizin və iş yerlərinizin önünə bir az süd və su qoyun. ”
Veterenar Robin Əzizan deyir ki, heyvanlara qulluq etməklə, insanlar özləri haqda çox şey deyir. “Heyvanlara və bitkilərə münasibətimiz cəmiyyətimizin inkişaf səviyyəsinə və keyfiyyətinə işarədir. Buna görə də, küçə heyvanlarının ekosistemimizin və təbiətin bir hissəsi olduğunu görsək, bu bir çox problemi həll ediləcək. Burada söhbət yalnız heyvanları qorumaqdan getmir. Bu vacib problemi həll etmək lazımdır."
Küçə heyvanlarını yem və sığınacaqla təmin etmək, insanların soyuq hava şəraitində öz sadiq dostlarına qayğı göstərmədə qərarlı olmaları deməkdir.