Çərşənbə günü Türkiyənin şərqində yola düşən qar uçqununun bir qar təmizləyən maşını və bir mikro-avtobusu basdırması azı 38 nəfərin ölümünə səbəb olub.
Uçqun İranla həmsərhəd Van vilayətinin dağla əhatə olunmuş Bahçeşehir şəhəri yaxınlığında baş verib.
Vilayət qubernatoru Mehmet Emin Bilməz 30 nəfərin qarın altından çıxarıldığını deyib. Xilasedicilərin itkin düşən sərnişinləri axtardığı, lakin hava şəraitinin onların işini çətinləşdirdiyi bildirilib.
Dövlət Anadolu xəbər agentliyinin bildirdiyinə görə, qar təmizləyən maşının sürücüsü Bahəddin Karagüllə maşının pəncərəsini sındıraraq çıxmazdan əvvəl 25 dəqiqə qarın altında qalıb. Agentlik sürücünün uçqunun altından çıxdıqdan sonra yardım üçün ayaqla kəndə doğru getdiyi zaman bir nəqliyyat vasitəsinın onu götürdüyünü deyib.