Accessibility links

Türkiyə Xaşuqcinin ölümülə bağlı Ər-Riyada təzyiqləri artırır


Türkiyə təhqiqatçıları səudiyyəli jurnalist Camal Xaşuqcinin qətli ilə əlaqədar Ər-Riyada təzyiqləri artırır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı parlamentdə keçiriləcək iclasda hadisə ilə bağlı detalları açıqlayacağına söz verib.

Bazar ertəsi CNN tele-kanalı Türkiyə təhqiqatçılarının təqdim etdiyi yeni video gürüntüləri yayımlayıb. Təhlükəsizlik kameralarının çəkdiyi videoda Xaşuqcinin “oxşarı” olan şəxsin oktyabrın 2-də jurnalistin diplomatik nümayəndəliyə daxil olmasından bir neçə saat sonra onun geyimində Səudiyyə Ərəbistanı konsulluğunu arxa qapıdan tərk etdiyi göstərilir.

Camal Xaşuqcinin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gəlişini göstərən video görüntü, 2 oktyabr, 2018.
Camal Xaşuqcinin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gəlişini göstərən video görüntü, 2 oktyabr, 2018.

Təhqiqata yaxın mənbələrə əsasən, həmin şəxs Camal Xaşuqcinin qətlində şübhəli bilinən Səudiyyə Ərəbistanından gəlmiş 15 nəfərdən ibarət qrupun üzvlərindən biridir.​

Rəsmi Ər-Riyad əvvəlcə Xaşuqcinin konsulluğu tərk etdiyini israrla iddia edirdi. Lakin cümə günü Səudiyyə Ərəbistanı izahatını dəyişərək, onun konsulluqda dava zamanı təsadüf nəticəsində öldüyünü bildirib.

ABŞ dövlət katibi Mayk Pompeo Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşür, 17 oktyabr, 2018.
ABŞ dövlət katibi Mayk Pompeo Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşür, 17 oktyabr, 2018.

Bazar günü isə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl-Cubeyr Xaşuqcinin öldürülüyünü deyib.

O, əsl siyasət adamıdır. O, instinktiv olaraq bilir nə zaman hərəkət etmək lazımdır, buna görə də o hiss edir ki, indi hərəkət etmək vaxtıdır.
Hüseyn Bağçı

“Xaşuqcinin ölümülə bağlı detalları mətbuta damla-damla sızdırmaqla Türkiyə hadisəyə marağı saxlaya bildi və Trampın komandası ilə Məhəmməd bin Salman arasında sövdələşməni pozmağa nail olaraq, işdən az zərərlə çıxdı”-deyə, təhlilçi Atilla Yeşilada bildirib.

Adının açıqlanmasını istəməyən Qərb diplomatının sözlərinə görə, Türkiyə kəşfiyyatının başçısı Hakan Fidan mediaya məlumatların sızdırılmasına rəhbərlik edərək, hadisələrin Türkiyənin xeyrinə inkişafına çalışır.

“Prezident Ərdoğan yenə də həm milli, həm də beynəlxalq səviyyədə xal qazanacaq”, Ankarada Yaxın Şərq Texniki universitetində beynəlxalq münasibətlər üzrə professor Hüseyn Bağcı bildirir.

Ərdoğan bu vəziyyətdən Türkiyə üçün iqtisadi və siyasi üstünlüyünə nail olmaq üçün istifadə edəcək.
Hüseyn Bağçı

Müşahidəçilərin sözlərinə görə, Ərdoğan bu böhran boyu ona səciyyəvi olmayan bir şəkildə davranaraq, çox az açıqlama verir və Ər-Riyada birbaşa hücum etmir. Lakin bu mövqe çərşənbə axşamı günü Türkiyə prezidenti söz verdiyi kimi, təhqiqatın detallarını açıqlayacağı zaman dəyişə bilər.

“O, əsl siyasət adamıdır. O, instinktiv olaraq bilir nə zaman hərəkət etmək lazımdır, buna görə də o hiss edir ki, indi hərəkət etmək vaxtıdır”, Hüseyn Bağçı bildirir.

Onun sözlərinə görə, Ərdoğan bu vəziyyətdən Türkiyənin iqtisadi və siyasi üstünlüyünə nail olmaq üçün istifadə edəcək.

“Əlbəttə, Səudiyyə Ərəbistanı bunun bədəlini ödəyəcək. Mən bilmirəm necə. Amma Ərdoğan bu vəziyyətdən Türkiyə üçün iqtisadi və siyasi üstünlüyünə nail olmaq üçün istifadə edəcək. Səudiyyə Ərəbistanı və Türkiyə hələlik bir razılığa yəqin ki gəlməyib, onlar danışıqları davam etdirir. Mən Səudiyyə Ərəbistanı hökumətinin Türkiyənin gözləntilərini necə təmin edəcəyini bilmirəm”-deyə, Hüseyn Bağçı bildirib.

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğu
Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğu

Onun bildirdiyinə əsasən, Türkiyə həmçinin hazırkı vəziyyətdə ABŞ-la münasibətlərin yaxşılaşdırılmasına çalışır.

Xaşuqcinin ölümü ilə bağlı təhqiqat bazar günü ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbətinin mövzusu olub. Hər iki liderin Xaşuqcinin qətli ilə bağlı işin "bütün aspektlərinin açıqlanmalı olduğu" barədə razılığa gəldiyi bildirilib.

XS
SM
MD
LG