Accessibility links

Türkiyə: Xaşuqcinin qətli ilə bağlı dəlillər digər ölkələrə verilib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü bildirib ki, o, səudiyyəli jurnalist Caman Xaşuqcinin ölüm anını qeydə alan lent yazılarını Britaniya, Fransa, Almaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatlarla paylaşıb.

Bu beş ölkə səsyazmanı aldıqlarını təsdiqləməyib.

Bu həftənin əvvəli Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, onun höküməti qətllə bağlı daha çox məlumata sahibdir və istintaq başa çatandan sonra dəlilləri ictimailəşdirəcək.

Yaponiyaya səfəri zamanı çıxış edən Çavuşoğlu müxbirlərə deyib ki, Səudiyyə Əərbistanı və məlumatı əldə etmək istəyən digər ölkələrə dəlillər təqdim edilib.

Xaşuqci oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülüb.

Camal Xaşuqci
Camal Xaşuqci

İlk öncə Səudiyyə Ərəbistanı Xaşuqcinin konsulluğu tərk etdiyini və onun harda olduğunu bilmədiklərini, daha sonra onun əlbəyaxa dava nəticəsində öldüyünü, ən sonunda isə onun boğularaq öldürüldüyünü bildirib. Səudiyyənin baş prokuroru qətlin öncədən planlaşdırıldığını söyləsə də, onu kimin planlaşdırdığını və ya göstərişin kimdən gəldiyini deməyib.

Çavuşoğlu çərşənbə axşamı deyib ki, president Ərdoğan Səudiyyə Kralı Salmanla bir neçə danışıqdan sonra, onun qətldə əli olmadığına inanıb.

Lakin xarici işlər naziri deyib ki, Türkiyəyə səfər edən 15 nəfərlik “cinayət komandası” özbaşına belə bir hərəkət edə bilməzdi və müstəntiqlər kimin onlara göstəriş verdiyini tampalıdır.

Türkiyə ötən həftə ABŞ-da fəaliyyət göstərən və The Washington Post qəzetində Səudiyyənin vəliəhdi şahzadə Məhəmməd bin Salmanla bağlı tənqidi məqalələr yazan Xaşuqcinin konsulluğa daxil olduqdan dərhal sonra boğularaq öldürüldüyünü, onun cəsədinin bir neçə hissəyə bölündüyü və turşuda həll edildiyini bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu

Xaşuqcinin cəsədinin harada olduğunun üstü açılmayıb. 59 yaşlı jurnalistin oğulları bazar günü ABŞ-ın CNN telekanalında səudiyyəliləri onun cəsədini qaytarmağa çağırıb ki, o, Mədinə şəhərində ailəsinin digər üzvlərinin yanında dəfn edilsin.

Adının açıqlanmasını istəməyən Türkiyə rəsmisi bazar ertəsi Türkiyə hökümətinə yaxın Sabah qəzetində bildirib ki, Xaşuqcinin ölümünü təhqiq etmək üçün Səudiyyə Ərəbistanından göndərilən komandanın üzvləri arasında kimya üzrə ekspert Əhməd Əbdüləziz Əl-Canobi və toksikologiya eksperti Xalid Yəhya Əl-Zəhrani olub.

Sabah-ın verdiyi məlumata görə,bu iki ekspert İstanbula gəldikləri gündən, yəni oktyabrın 11-dən oktyabrın 17-dək hər gün konsulluğu ziyarət edib. Səudiyyə rəsmiləri isə Türkiyə müstəntiqlərinə konsulluqda axtarış aparmağa oktaybrın 15-də icazə verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada amerikalı jurnalist saxlanıb
please wait

No media source currently available

0:00 0:09:40 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG