Accessibility links

Türkiyə hökuməti yararsız yanğınsöndürmə təyyarələrinə görə tənqid edilir


Türkiyə son onilliklərin ən böyük meşə yanğınlarından birini yaşayır. Çərşənbə gününə olan məlumata görə, artıq azı 9 nəfər həyatını itirib. Türkiyə hökuməti yanğınsöndürmə təyyarələrinin fəaliyyətdə olmaması səbəbindən tənqidlərə məruz qalıb.

Turistlər və yerli sakinlər yaxınlıqda onlara doğru irəliləyən yanğını söndürmək üçün pikap yük maşınındakı su çənlərini vedrələrlə dəniz suyu ilə doldurur. Könüllü Lemis Seper bunun çarəsiz bir mübarizə olduğunu deyib, ələlxüsus da quru ilə yetişməyin çətin olduğu bölgələrdə.

Seper havadan yardımın çox zəif olduğunu, hazırda Türkiyənin çox yerində yanğın olduğunu və ekipajların həmin yanğınların qarşısını ala bilmədiyini bildirib.

Keçən həftə min kilometrdən uzun bir ərazidə yüzdən çox yanğın baş verəndə, Türkiyədə yalnız Rusiyadan icarəyə götürülmüş üç yanğınsöndürmə təyyarəsi var idi. Bu, hazırda öz ərazisində də yanğınlarla mübarizə aparmaq üçün 20-dən çox təyyarəsi olan qonşu Yunanıstanla müqayisədə çox azdır.

Türkiyənin təxminən 12 yanğınsöndürmə təyyarəsi uçmaq üçün yararsızdır. Təyyarələr təxminən bir əsr əvvəl Türkiyədə dünyəvi dövlət quran Mustafa Kamal Atatürkün qurduğu Türk Hava Birliyinə aiddir.

Tənqidçilər Türkiyənin İslam yönümlü hökumətini qurumu bilərəkddən zəiflətməkdə günahlandırsa da, rəhbərlik bu ittihamı rədd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təxminən əlli vertolyotdan ibarət bir donanmaya işarə edərək yanğınlarla mübarizə üçün kifayət qədər qaynağın olduğunu deyib. Ərdoğan Rusiyadan daha çox yanğınsöndürən təyyarələrin gəldiyini, İran, Ukrayna və Azərbaycanın da təyyarə göndərdiyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG