Accessibility links

Türkiyə: YPG sərhəddən tam çəkilməyib


Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu bazar ertəsi deyib ki, Rusiya ilə razılaşmaya zidd olaraq kürdlərin YPG döyüşçüləri Türkiyə ilə Suriyanın şimal-şərq sərhədindən tamamilə çəkilməyib.

Ankarada jurnalistlərlə görüşü zamanı Çavuşoğıu prezident Donald Tramp ABŞ ordusunu ərazidən çıxardıqdan sonra və oktyabrın 9-da Suriyanın şimal-şərqində YPG qüvvələrini hədəf alan əməliyyatlara başlayan Türkiyənin növbəti addımlarını Rusiya ilə müzakirə edəcəyini bildirib.

Türkiyə terrorçuları oradan təmizləyəcək.
Mevlut Çavuşoğlu

YPG döyüşçülərinin Türkiyə sərhədindən təxminən 30 km geri çəkilmək barədəki razılığı yerinə yetirmədiyi təqdirdə "Türkiyə terrorçuları oradan təmizləyəcək", deyə Türkiyənin baş diplomatı bildirib.

“Geri çəkənlər var. (Suriya) rejimi bunu təsdiqləyir, Rusiya da bunu təsdiqləyir. Lakin onların hamısının geri çəkildiyini deyə bilmərik," o deyib.

YPG Türkiyənin cənub-şərqindəki kürd üsyançıları ilə əlaqələri olduğuna görə Ankara tərəfindən "terrorçu" kimi qiymətləndirilir. Lakin YPG-nin daxil olduğu kürdlərin təşkil etdiyi Suriya Demokratik Qüvvələri (SDF) İslam Dövləti militantlarına qarşı mübarizədə ABŞ-ın vacib müttəfiqi olublar.

Öz ölkəsinin İŞİDə qarşı mübarizədə verdiyi töhfələri vurğulayan xarici işlər naziri deyir ki, Türkiyə indiyədək İŞİDə qarşı apardığı mübarizədə 4,000 militantı "neytrallaşdırıb".

Türkiyə prezidenti Rəcəb Tayyib Əqdoğanla Rusiya prezidenti Vladimir Putin oktyabrın 22-də sərhədi Suriya sərhəd qoşunları ilə Rusiyanın hərbi polisi birgə təmizləyəcəyi barədə 6 günlük razılıq əldə edib ki, bu razılığın müddəti çərşənbə axşamı gecə başa çatır.

Bu razılıq eləcə də Suriya prezidenti Bəşar Əl-Əsəd ordusuna illər sonra Türkiyə ilə şimal sərhədə qayıtmağa imkan verir.

Razılaşmaya əsasən, Türkiyə və Rusiya qüvvələri çərşənbə axşamı günündən etibarən Suriyanın 10 km. dərinliyinə gedən bir sahədə patrul xidmətinə başlayacaq.

XS
SM
MD
LG