Accessibility links

Türkiyə-Yunanıstan görüşü ərəfəsində gərginliklər artıb


NATO-nun iki üzvü arasındakı gərginliyi azaltmaq məqsədilə bazar ertəsi Türliyənin xarici işlər nazirinin yunan həmkarı ilə Afinada görüşü planlaşdırılır.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu keçən ay Ankarada keçirdiyi mətbuat konfransında yunan həmkarı Nikos Dendiası tənqid edib.

Afina Universitetindən Cengiz Aktarın bildirdiyinə görə, ölkələr arasında fikir ayrılığının həll edilməsində irəliləyişin olmadığına görə kimin günahlandırılmasına dair ictimai mübahisələr nazirlərin bazar ertəsi Afinada görüşdükləri zaman qarşılarında duran vəzifənin miqyasını göstərir.

"Düşünürəm ki, yunanlar çox realistdir. Əlbəttə ki, onlar danışıqlara üstünlük verir, onlar əvvəlcədən bunu deyir. Lakin bildiyimiz budur ki, fikir ayrılıqları qalmaqda davam edəcək. İki ölkə arasında çoxsaylı, saysız-hesabsız məsələlər və problemlərin heç birində inkişaf yoxdur" - deyə, Aktar bildirib.

Türkiyə və Yunanistan böyük enerji ehtiyatlarına sahib olduğu düşünülən ölkələr arasında su ərazisi ilə bağlı mübahisə aparır. Keçən il Yunanistan və Türkiyə donanmaları qarşı-qarşıya dayanmışdı.

Gərginlik yenidən Türkiyənin Yunanıstanın iddia etdiyi sularda enerji qazma işlərinə davam edə biləcəyini deməsindən sonra artıb.

Gərginlik Ankaranın Afinanı Türkiyədən Yunanıstan sularına girən qaçqınları geri qaytarmaqla beynəlxalq hüququ pozmaqda günahlandırması ilə daha da artıb.

Yunanıstan isə Türkiyəni Avropa İttifaqı ilə qaçqın müqaviləsindən imtina etməkdə günahlandıraraq, bu ittihamı rədd edib. Bu ayın əvvəlində Türkiyə Müdafiə naziri Hulusi Akar Yunanıstanı fikir ayrılıqlarını həll etmək üçün diplomatik səyləri sabotaj etməkdə ittiham edib.

Akar Türkiyənin bu problemlərin beynəlxalq hüquq və yaxşı qonşuluq münasibətləri çərçivəsində yunan qonşuları ilə danışıqlar apararaq, sülh yolu ilə həllinin tərəfdarı olduğunu deyib. Lakin o, qonşusunun "öz hərəkətləri və dedikləri ilə pozitiv vəziyyəti sabotaj etmək üçün əllərindən gələni edir" deyib.

XS
SM
MD
LG