Accessibility links

Türkiyə Yunanıstan təyyarələrinin Egey dənizi üzərində araşdırma gəmisini təqib etdiyini bildirir


Arxiv fotosu - Türk Hərbi Dəniz Qüvvələrinin Çeşmə tədqiqat gəmisi İstanbulda Bosfor boğazından keçir, 16 oktyabr, 2019.

Türkiyə çərşənbə axşamı Yunanıstanın 4 təyyarəsinin Egey dənizində Türkiyənin araşdırma gəmisini təqib etdiyini bildirib, lakin Afina NATO-nun iki üzvünün dəniz mübahisələri ətrafında danışıqları davam etdirməyə çalışdığı bir zaman bu ittihamı rədd edib.

Çeşmə tədqiqat gəmisinin ötən həftə iki ölkə arasındakı beynəlxalq sularda araşdırma işlərinə başlaması Yunanıstanın etirazına səbəb olub.

Türkiyənin müdafiə nazirliyi Yunanıstana məxsus 4 F-16 təyyarələrinin bazar ertəsi Çeşmə gəmisinə yaxınlaşdığını və birinin gəmidən iki dəniz mili aralığında siqnal atəşi açdığını bildirib.

Müdafiə Naziri Hulusi Akar Türkiyənin “qaydalara uyğun olaraq” cavab verdiyini açıqlayıb.

"Elmi tədqiqat aparılarkən təqib yersizdir, bu, yaxşı qonşuluq əlaqələri ilə bir araya gəlmir" - deyə, nazir parlamentdə jurnalistlərə bildirib.

Yunanıstan Müdafiə Nazirliyinin rəsmisi ittihamları rədd edərək, bildirib ki, “Yunanıstan təyyarələri heç vaxt Türkiyə gəmisini narahat etməyib.”

Türkiyə və Yunanıstan rəsmiləri beş illik fasilədən sonra yanvarın 25-də Aralıq dənizinin şərqində dəniz zonalarının demilitasiyası və enerji resursları ilə bağlı hüquqlara dair on illərdir davam edən mübahisəni müzakirə etmək üçün görüş keçirib. Müttəfiqlər Afinada yenidən görüşmək haqda razılıq əldə edib.

Afina Ankaraya danışıqların Avropa İttifaqının sammiti ərəfəsində mart ayının əvvəlində davam etdirilməsi təklifi ilə dəvət göndərdiyini bildirib. Ankara danışıqlara davam etmək və mübahisədə Yunanıstanı dəstəkləyən Aİ ilə əlaqələri yaxşılaşdırmaq istədiyini qeyd edib.

XS
SM
MD
LG