Accessibility links

Türkiyədə seçkilər sabitliyi bərqərar edəcəkmi?


Türkiyədə seçkilər sabitliyi bərqərar edəcəkmi?
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Türkiyədə seçkilər sabitliyi bərqərar edəcəkmi?

Türkiyənin hakim AK partiyası xidmət, iş və tikinti işləri vədləri ilə bazar günü keçiriləcək seçkilərdə ölkənin kürdyönümlü HDP partiyasını məğlub etmək istəyir. Türkiyənin cənub şərqində yerləşən Diyarbəkir kürdlərin üstünlük təşkil etdiyi və separatçılarla onilliklər boyu davam edən mübarizənin gərgin olduğu yerlərdən biridir.

Diyarbəkirin Bağlar qəsəbəsində hakim partiya olan AKP seçki məntəqələrinin birində Kürd HDP partiyasına meydan oxuyub.

AKP-nin əsas namizədi Hüseyin Beyoğlu seçki kampaniyasının növbəti gününə hazırlaşır.

"Bağlar camaatı xidmət, sülh, iş yerləri istəyir və inanır ki, bütün bunlar yalnız AKP partiyasının bələdiyyə rəsmilərindən gələcək. Bağlar xalqı son 20 ildə narazı olduqları HDP-yə qırmızı kart göstərdi," Hüseyin Bəyoğlu deyib.

Diyarbəkirin bir hissəsi təhlükəsizlik qüvvələrinin Kürd separatçılarını şəhərdən çıxartdığı kəskin döyüşlər zamanı dağıdılıb.

AKP höküməti indi şəhərin bərpasına maliyyə ayırıb.

Yeni mənzillərin kimin alacağı hələ dəqiq deyil, şəhərdəki döyüşlər nəticəsində məhv olmuş ərazilərdə əsas şəhərin kasıb əhalisi yaşayır.

Ankaradan olan yüksək vəzifəli şəxslər bazar günü keçiriləcək əsas yerli seçkilərdən əvvəl inkişafı qiymətləndirmək üçün müntəzəm olaraq buranı ziyarət edirlər.

AKP inanır ki, yenidənqurma işləri ilə yanaşı münaqişənin yaratdığı dağıntıların görüntüləri qələbə mesajını göndərir.

Bağlarda kampaniya nümayəndələri əhalinin dəyişikliklərə hazır olduğuna inanır.

"Onlar ötən günlərə qayıtmaq istəmir. İki il öncə Bağlarda mağazalar bağlanmışdı, dinclik yox idi, qaz bombaları, döyüşlər var idi. Sülh yox idi. İndi əhali sülh, xidmət və iş yerləri istəyir," AKP-nin seçki kampaniyasının nümayəndəsi Əbdürrəhim Doğan deyir.

AKP-nin seçki kampaniyasının nümayəndələrini polis müdafiə edir. Əvvəllər Bağların əksər hissəsi təhlükəsizlik işçilərinin keçə bilmədiyi bir ərazi idi.

Kürdyönümlü HDP istehkamı 400 min adam üçün evdir.

Burada yaşayan bir çox insan kürd separatçıları olan PKK-yə qarşı təhlükəsizlik qüvvələrinin mübarizəsi dövründə öz kəndlərini tərk etmək məcburiyyətində olub.

Lakin indi Bəyoğlu əhalisi dəyişiklikləroin olduğuna inanır.

"Biz mağaza sahibləri narazı idik. Mağazalarımızı aça bilmirdik, daim dağıntılar və tikinti işləri gedirdi. Şükürlər olsun ki, bu insanlar bu gərginliyi həll etdilər. buna görə də, bizim seçiminiz AK Partiyasıdır," Bağlar qəsəbəsində mağaza sahibi deyib.

Bəyoğlu Bağlardakı HDP-yə dəstək gücünü və son zorakılığa qarşı qəzəbi nəzərə alaraq çətin bir döyüşlə qarşı-qarşıyadır.

Lakin Bəyoğluda insanlar keçmişə deyil, gələcəyə ümidlə baxır.

XS
SM
MD
LG