Accessibility links

Türkiyədə 15-ci əsrə aid məscid yeni yerə köçürülür


Türkiyə dekabrın 16-da mübahisəli bənd layihəsi çərçivəsində tezliklə su altında qalacaq qədim Hasankeyf şəhərindən tarixi məscidin köçürməsinə başlayıb.

15-ci əsrdə inşa edilən Er Rizk Məscidi 12000 il yaşı olan qədim Hasankeyf şəhərinin Türkiyənin dördüncü ən böyük İlisu bəndində daşqınlar zamanı tamamilə su altında qalmasından əvvəl oradan köçürülən son tikilidir.

Türkiyə artıq iyul ayında kəndlərin artıq boşaldıldığı və qismən suyun altında qaldığı yerlərdə Dəclə çayı üzərində anbarı doldurmağa başlayıb. Yaxın bir neçə ayda Batman vilayətinin cənub-şərqində yerləşən Hasankeyfdə su səviyyəsinin artması gözlənilir.

Bölgəyə turist cəlb etmək üçün kütləvi məzar, qədim türk hamamı və Er Rizk Məscidi də daxil olmaqla, 8 tarixi tikili köhnə şəhərdən Yeni-Hasankeyfə köçürülür.

Rəsmilər məscidin dörd hissədə köçürüləcəyini və ilk hissəsinin artıq bazar ertəsi köçürüldüyünü bildirib.

50 ildir istismara olunacağı gözlənilən İlisu anbarı 1200 meqavat elektrik enerjisi istehsal edəcək və enerji istehsalı baxımından Türkiyənin dördüncü böyük bəndinə çevriləcək. Lakin yeni bənd tamamən doldurulduqdan sonra anbarın ətrafındakı 199 kənddən 78 min adamın didərgin salınacağı və çayın aşağı hissəsində İraqda su çatışmazlığı riski yaradacağını deyən fəallar tərəfindən tənqid edilib.

Hasankeyf Romalılar tərəfindən farslardan qorunmaq üçün qala kimi istifadə edilmişdir. Şəhər daha sonra monqollar tərəfindən dağıdılmış və XI əsrdə Səlcuq türkləri tərəfindən yenidən qurulmuşdur.

XS
SM
MD
LG