Accessibility links

Türkiyədə 18 mindən çox dövlət qulluqçusu işdən çıxarılıb


Türkiyədə 18 mindən çox dövlət qulluqçusu işdən kənarlaşdırılıb.

Reuters xəbər agentliyinin məlumatına görə, onlar ölkənin “milli təhlükəsizliyinə” qarşı fəaliyyət göstərən qrupla əlbir olmaqda şübhəli bilinirlər.

İyulun 8-də dərc olunan fərmanla 3 qəzet və 1 televiziya kanalı da daxil olmaqla 12 assosiasiya bağlanıb.

Təkcə baş təhlükəsizlik idarəsindən 9 min nəfər çıxarılıb. Həmçinin elmi institutlarının 199 əməkdaşı işdən kənarlaşdırılıb.

“Amnesty İnternational” da daxil olmaqla beynəlxalq hüquq-müdafiə təşkilatları ölkədə aparılan bu təmizləmələri kəskin tənqid edir.

Bu addım ölkədəki mövcud fövqəladə vəziyyət rejiminin bu ay aradan qaldırılmasının mümkünlüyü fonunda baş verir.

Fövqəladə vəziyyət rejimi 2016-cı ildə dövlət çevrilişi cəhdindən sonra tətbiq edilib.

İşdən çıxarılanlar dövlət məmurları üçün nəzərdə tutulan imtiyazlarından məhrum edilir və bundan sonra dövlət qurumlarında çalışa bilməzlər.

Türkiyə hökuməti 2016-cı ildə baş verən çevriliş cəhdinin arxasında ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin durduğunu iddia edir.

Gülən bu ittihamı rədd edir.

Çevriliş cəhdindən sonra dövlət məmurları, jurnalistlər, müəllimlər və hərbşilər də daxil olmaqla ölkədə 10 minlərlə adam saxlanıb və ya həbs edilib.

Bununla yanaşı 10 minlərlə insan işdən kənarlaşdırılıb.

“Amnesty İnternational” da daxil olmaqla beynəlxalq hüquq-müdafiə təşkilatları ölkədə aparılan bu təmizləmələri kəskin tənqid edir.

Avropa İttifaqı və ABŞ və bir çox ölkələr Türkiyə hakimiyyətinin bu addımını dəfələrlə pisləyib.

XS
SM
MD
LG