Accessibility links

Türkiyədə 271 milyon dollar dəyərində saxta pul aşkar olunub


Türkiyə höküməti iyulun 19-da İstanbulda təxminən 271 milyon dollar dəyərində çap olunmuş saxta əskinas ələ keçirdiyi mətbəəyə basqın edib.

İstanbulun Esenyurt məhəlləsindəki axtarış zamanı polis və cinayətkarlığa qarşı və qaçaqmalçılıq əleyhinə səlahiyyətlilər tərəfindən $100 dollar dəyərində saxta əskinaslar tapılıb.

Polis tutulan 5 nəfər arasında bir nəfərin daha əvvəl 2016-cı ildə Ankarada hərbi çevriliş hazırlamaqda günahlandırdığı bir şəbəkəyə üzv olmaqda şübhəli bilinərək işdən azad edildiyini bildirib.

Ankara saxta əskinasların çapında 2016-cı ilin iyul ayında çevrilişə cəhdin arxasında ABŞ-dakı müsəlman din xadimi Fəthullah Güləni günahkar bilir. Gülən isə ittihamları rədd edib.

Səlahiyyətlilər daha iki şübhəlini axtarır və pulun Gülənin şəbəkəsinə bağlı olub-olmadığını araşdırır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG