Accessibility links

Türkiyədə 6,8 bal gücündə zəlzələ baş verib: ölənlər var


Türkiyənin fövqəlarə vəziyyətin idarəetmə agentliyi bildirir ki, ölkənin çərqində 6,8 bal gücündə zəlzələ baş verib.

Zəlzələ cümə günü yerli vaxtla axşam saat 8:55-də Elazığ vilaəytinin Sivrice şəhərində baş verib.

Daxili İşlər Nazirliyinin açıqlamasında “Elazığ vilayəti, Sivrice şəhərində 24 yanvar 2020 tarixində saat 20:55-də 6,8 bal gücündə zəlzələ meydana gəlib. Zəlzələnin ardınca bölgədə 4 baldan yüksək 8 zəlzələ baş verib, ümumilikdə yer titrəyişlərinin sayı ilə 60-a çatıb” deyə, bildirilib. Zəlzələ nəticəsində azı 8 nəfər həyatını itirib.
İstanbulda Kandilli Rəsədxanası zəlzələnin 6,5 bal gücündə olduğunu bildirib.

ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi ilkin olaraq zəlzələnin 6,7 bal gücündə olduğunu və təkcə Türkiyə deyil, Suriya, Gürcüstan və Ermənistanda da hiss edildiyini bildirib.

Türkiyə mətbuatı insanların təhlükəsizlik axtarışında küçələrə axışdığı bardə məlumat yayıb.

XS
SM
MD
LG