Bu həftə Türkiyə boyu kürd media orqanlarında işləyən on səkkiz jurnalist məhkəmə qarşısına çıxarılıb.
Onların vəkilləri və media hüquqları qrupları deyir ki, bu məhkəmələr Türkiyənin terror və etirazlara qarşı qanunlarının jurnalistləri həbs etmək və ya qısnamaq üçün istifadə edilə bildiyini göstərir.
Bu həftə məhkəmə qarşısına çıxarılanların demək olar hamısı terror təşkilatına üzv olmaq və ya propaqanda yaratmaqda ittiham olunur. Çox vaxt terror qrupu olaraq Kürdestan Fəhlə Partiyası (PKK) olan militant qrup nəzərdə tutulur. Türiyədə jurnalistləri hüququ dəstəklə təmin edən Media və Hüquq Araşdırmaları Assosiasiyasının bildirdiyinə görə, digərləri isə ictimai toplantıları və nümayişləri idarə edən 2911 saylı qanunu pozmaq ittihamı ilə üzləşir.
Etirazları işıqlandıran media orqanları bəzi hallarda qanunsuz toplantı təşkil etməkdə ittiham oluna bilir. Aprel ayında Türkiyənin Daxili İşlər Nazirili bütün jurnalistlərdən icazəli etirazları işıqlandırmaq üçün icazə almalarını tələb edən qayda çıxarıb.
Bəzi hüquq müdafiəçiləri deyib ki, bu yeni qayda jurnalistləri susdurmaq üçün nəzərdə tutulub.
“Bu qayda problematikdir, çünki təkcə hökumətin etirazları işıqlandırmaları üçün icazə verdiyi jurnalistləri tanıyır,” son illərdə onlarla jurnalisti təmsil edən İstanbulda fəaliyyət göstərən vəkil Erselan Aktan deyib.
“O, frilans jurnalistləri və müxalif media orqanlarına işləyənləri jurnalist hesab etmir və bu da ifadə azadlığının əleyhinədir,” o, Amerikanın Səsinə bildirib.
“Bu həftə etiraz qanunu pozmaq ittihamı ilə məhkəməyə çıxarılanlardan biri frilans jurnalist Ruşen Takva idi.”
Müxalifət tərəfdarı Arti Tv-nin əməkdaşı yanvar ayında Türkiyənin Van şəhərində kürd haqlarının tanınmasına çağıran etiraz aksiyasını işqlandırdığına görə ittiham irəli sürülmüşdü.
İttihamçı Takvanın 18 il həbs cəzasına məhkum edilməsini tövsiyyə edib. Lakin çərşənbə axşamı keçirilən yeni məhkəmədə yeni ittihamçl dəlil çatışmazlığı səbəbilə ittihamları aradan qaldırıb.
Mühakimə olunan digərlərinin işləri dörd il öncə başladılıb. Onlardan biri kürd tərəfdarı Dicle Xəbər Agentliyində işləyən Hayri Demirdir.
Hüquq-mühafizə orqanları 2017-ci ildə Demirə Ankara və Vaşinqton tərəfindən terror təşkilatı hesab olunan PKK-ya üzv olmaq və propaqanda yaratmaqda ittihamı irəli sürülüb.
Onun məhkəmə işi mətbuatda böyük diqqət cəlb edib, çünki ittihamnamədə təqdim olunan sübutlara Demirin Ankaradakı evindən oğurlanan yaddaş kartındakı fotolar daxil edilib.
Həmin şəkilləri Demir 2015-ci ildə iş üçün Suriya getdiyi zaman çəkib.
“Həmin oğurluqdan altı ay sonra kartdakı şəkillər məhkəmədə sübut olaraq təqdim olundu,” Demir Amerikanın Səsinə bildirib.
“Bundan əlavə mənim Selahattin Demirtaşla telefon danışılarım da sübutlara daxil edilib.”
Kürd tərəfdarı Xalq Demokratik Partiyasının (HDP) keçmiş həm-sədri Demirtaş terror ittihamları ilə 2016-cı ildən bəri həbsdədir.
Jurnalist Demirin çərşənbə axşamı doqquzuncu dəfə məhkəmə iclası keçirilib və məhkəmə işi hələ də davam edir. Demir günahkar tapılsa, 22 il həbs cəzasına məhkum oluna bilər.
Türkiyənin Daxili İşlər Nazirliyi və Ankaranın Ali Cinayət Məhkəməsi Amerikanın Səsinin şərh çağırışına cavab verməyib.
Prezident Rəcəb Tayyib Ərdoğan ötən ay deyib ki, Türkiyə mediası “müqayisə olunmaz dərəcədə azad”dır və o, media hüquqları qruplarının kütləvi həbslərlə bağlı iddialarını qəbul etmir.