Accessibility links

Türkiyədə daşqınlar nəticəsində azı 44 nəfər ölüb


Türkiyənin Kastamonu vilayətinin Bozkurt qəsəbəsinin görünüşü
Türkiyənin Kastamonu vilayətinin Bozkurt qəsəbəsinin görünüşü

Türkiyənin Təbii Fəlakət agentliyi şənbə günü bildirib ki, Türkiyədə sel nəticəsində ölənlərin sayı ən azı 44 nəfərə çatıb. Türkiyənin şimal bölgələrində günlərdir davam edən şiddətli daşqınların böyük dağıntılara səbəb olduğu Kastamonu, Bartın və Sinop "fəlakət bölgələri" elan edilib.

Fəlakət və Fövqəladə Hallar İdarəsinin (AFAD) məlumatına görə, çərşənbə axşamı yağan yağışlar Qara dənizin şimalında daşqınlara, evlərin dağılmasına, yolların bağlanmasına və yüzlərlə kənddə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Rəsmilər 2200 -dən çox insanın təxliyə edildiyini və itkin düşən sakinlərin axtarışlarının davam etdiyini bildirib.

Amerikanın Səsinin Türkiyə xidmətinə danışan Engin Altay "Əldə etdiyim məlumata görə, itkin düşənlərin sayı 329 -dur. Və qorxuram ki, ölənlərin sayı da artacaq. Sinopda iki nəfərin öldüyü deyilirdi, əlimizdə olan məlumata görə yeddi nəfər idi. İneboludakı soyuducu anbarda cənazələrin olduğunu öyrəndim. Spekulyasiya etməmək üçün əldə etdiyim ölümlərin sayı barədə heç nə deməyəcəyəm. Ancaq deyə bilərəm ki, indi elan edildiyindən daha çox insan ölüb. sayın artacağından qorxuram."dedi.

Sellər bu ay Türkiyədə ikinci təbii fəlakətdir. Son iki həftə ərzində təcili yardım qrupları sel başlayanda nəzarət altına alınmış cənub sahil bölgələrində meşə yanğınları ilə mübarizə aparıb.

Alimlər planetin istiləşməsi ilə daha tez-tez baş verməsi gözlənilən ekstremal hava fəlakətlərində fosil yanacaqların yandırılmasından qaynaqlanan iqlim dəyişikliyini günahlandırır.

Türkiyədəki mütəxəssislər daşqınlar nəticəsində ciddi zərərə çayların ərazisində aparılan işlər və xətalı inşaat işlərinin səbəb olduğunu iddia edirlər.

XS
SM
MD
LG