Accessibility links

Türkiyədə həbsə olan amerikalı keşiş ev dustağı edilib


Amerikalı keşiş Endrü Branson İzmir şəhərində həbsxanadan çıxarılaraq evə gətirilir, 25 iyul, 2018.
Amerikalı keşiş Endrü Branson İzmir şəhərində həbsxanadan çıxarılaraq evə gətirilir, 25 iyul, 2018.

Türkiyədə terrorizm və casusluq ittihamları ilə həbs edilmiş amerikalı keşiş ev dustağı edilib.

ABŞ-ın Şimali Karolina ştatından olan Endrü Branson iki il həbsdə saxlanılıb. Onun həbsi NATO üzrə müttəfiq olan ABŞ və Türkiyə arasında münasibətlərdə gərginliyin yaranmasına səbəb olub.

Məhkəmənin Bransonun həbsxanadan ev dustaqlığına buraxılması haqda qərarından bir qədər sonra Türkiyənin DHA və NTV tele-kanalları onun İzmir şəhərində müşayiət altında həbsxanadan çıxarıldığını göstərən video görüntülər yayımlayıb.

ABŞ dövlət katibi Mayk Pompeo Endrü Bransonun həbsxanadan çıxarılaraq ev dustağı kimi saxlanması haqda qərarı məmmunluq hissi ilə qarşıladığını, lakin bu addımın kifayət olmadığını bildirib.

“Biz pastor Bransonun Türkiyədə həbsxanadan ev dustaqlığına buraxılması haqda uzun zamandır gözlədiyimiz qərarı alqışlayırıq, lakin bu, yetərli deyil. Biz cənab Bransona qarşı kifayət qədər dəlil olduğunu görmürük və Türkiyə rəsimlərini onun işini şəffaf və ədalətli şəkildə həll etməyə çağırırıq”, Pompeo Twitter səhifəsindəki mesajında yazıb.

Branson ABŞ-da yaşayan və Türkiyənin 2016-ci il çevriliş cəhdində təqsirləndirdiyi din xadimi Fəthullah Güləni dəstəkləmək ittihamı ilə həbsdə saxlanılırdı. Gülən çevrilişdə əli olduğunu inkar edir.

XS
SM
MD
LG