Accessibility links

Türkiyədə HDP-yə qarşı təqiblər artıb


Türkiyə Suriyada kürd YPG qüvvələrinə qarşı hərbi əməliyyat apardığı bir vax ölkədə Türkiyənin əsas kürd tərəfdarı partiyası olan HDP-nin bir sıra üzvü həbs edilib. Təhlilçilər xəbərdarlıq edir ki, həbs olunanlar arasında Türkiyənin vətəndaş cəmiyyətinin üzvləri də var.

Müxalif HDP partiyasına mənsub yeddi mer oktyabr ayında vəzifədən kənarlaşdırılaraq terror ittihamları ilə həbs olunub. Bu həbslər Türkiyənin üç həftə əvvəl Suriyanın şimalında YPG-yə qarşı başlatdığı hərbi əməliyyatla eyni vaxta təsadüf edib. Ankara YPG-ni onillərdir Türkiyənin cənub-şərqində qiyam edən PKK ilə əlaqəli terror təşkilatı olaraq görür.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu həbsləri müdafiə edərək HDP-ni PKK-nın siyasi qolu olmaqda günahlandırıb. Partiya isə bu iddianı rədd edir.

Nümayişçilər Selahattin Demirtaşın rəsmini tutub.
Nümayişçilər Selahattin Demirtaşın rəsmini tutub.

“6 milyon insan terrorçu partiyasına necə səs verə bilər?” – deyə HDP-nin fəxri prezidenti Ərtoğrul Kürkcü sual edir.

“Biz kürdlərə qarşı müharibənin yalnız dinc və siyasi yolla həllini dəstəkləyirik”, o əlavə edib.

Partiyaya mənsub ondan çox millət vəkilinin toxunulmazlığı ləğv edilərək, həbs edilib. Onlard arasında partiyanın sabiq lideri Selahattin Demirtaş da var. HDP Türkiyənin üçüncü ən böyük siyasi partiyası olaraq qalır.

Partiya bildirir ki, minlərlə üzbü və yerli rəsmiləri həbs olunub, bir moxu isə ölkədən qaçıb. Parlament terror ithhamı səbəbilə əlavə 40 millət vəkilinin, o cümlədn partiyanın hazırkı liderlərinin toxunulmazlıqlarını ləğv etməyi planlaşdırır.

İnsanHaqaları fəalları deyir ki, oktyabr ayında Suriyada başlayan hərbi əməliyyatdan HDP-yə qarşı təqibləri artırmaq üçün istifadə olunur.

HDP-li merlərin həbsi hazırkı təqibləri sürətləndirib. Bir neçə gün ərzində yeddi mer həb olunub”- deyə, Human Rights Watch təşkilatının Türkiyə üzrə baş elmi tədqiqatçısı Emma Sinkleir bildirib.

Kemal Kılıçdaroğlu
Kemal Kılıçdaroğlu

Həbs olunan merlər hökümətin “öz adamları ilə” əvəz eolunub.

HDP YPG-yə qarşı hərbi əməliyyata qarşı çıxır.

Əsas müxalif CHP partiyası HDP-li merlərin həbsini qınayıb.

“Merlərin vəzifədən çıxarılıb, yerlərinə öz adamlarının təyin olunması demokratiyaya ziddir”, CHP-nin sədri Kemal Kılıçdaroğlu bildirib.

XS
SM
MD
LG