Accessibility links

Türkiyədə İŞİD-lə bağlı 124 nəfər həbs edildi


Dövlət xəbər agentliyinin bildirdiyinə görə, Yeni İl şənliklərinin keçirildiyi bir vaxt Türkiyə polisi İslam Dövləti ilə əlaqəsi olmaqda şübhəli bilinən azı 124 nəfəri həbs edib.

Anadolu xəbər agentliyi Anti-Terror Polisi və Milli Kəşfiyyat Agentliyinin Ankarada keçirdiyi birgə əməliyyatı zamanı 33 xarici vətəndaşın həbs edildiyini bildirib.

Digər məlumatdda bildirilib ki, polisin eyni vaxt səhər tezdən Türkiyənin cənubundakı Batman şəhərində keçirdiyi reydlər zamanı 22 şübhəli həbs edilib. Reydlərin eləcə də Adana, Kayseri, Samsun və Bursa şəhərlərində də keçirildiyi və 6 nəfər xarici vətəndaşın tutulduğu deyilib.

Anadolu xəbər agentliyi Ankarada İslam Dövləti qrupunun üzvləri olmaqda şübhələnərək, həbs edilənlərin İraq. Suriya və Mərakeşdən olduqlarını, polisin hələ də 17 nəfər şübhəlini axtardığını bildirib.

2015-16-cı illərdə Türkiyədə 300-dən çox insanın həyatına son qoyan hücumlarda İslam Dövləti qrupunun üzvləri və kürd militantları günahlandırılır.

İslam Dövləti qrupu həmçinin 2017-ci ildə ilk Yeni İl şənlikləri zamanı 39 nəfərin ölümü ilə nəticələnən İstanbulun gecə klubuna edilən hücumun məsuliyyətini öz üzərinə götürüb.

Bu arada Türkiyə 2019-cu ildə İslam Dövləti və digər islamçı qrupların üzvləri olmaqla, ümumilikdə 778 cihadçını vətəninə qaytarıb. Bu barədə bazar günü polis naziri Süleyman Soylu bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG