Accessibility links

Türkiyədə ictimai fəallar İrandakı türklərə türkcəni tədris etməyə başlayıb


Türkiyəli bir sıra gənc İranda yaşayan Azərbaycan türklərinə Türkiyə türkcəsi öyrətmək üçün bir kampaniya başladıblar.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Türkiyədə bir sıra gənc sosial mediada “Anadilim 2020” adı altında İranda yaşayan türklərə Türkiyə türkcəsi öyrətmək üçün fəaliyyət göstərir.

İranda populyar sosial media platformaları olan İnstagram və Telegramda başladılan bu layihədə bir sıra türkiyəli ictimai fəal İranda yaşayan türklər üçün türkcə dərslikləri hazırlayıb paylaşırlar. Bu qrup tədris üsulu ilə bağlı verdiyi açıqlamada dərsliklərin video şəklində İnstagram və Telegram platformalarında təqdim edildiyini, daha sonra isə tədris edilən mövzuların təmrin dosyelərinin Telegram kanalından paylaşıldığını qeyd edib.

“Anadilim 2020” adı sosial layihə
“Anadilim 2020” adı sosial layihə

“Anadilim 2020” layihəsini başladan ictimai fəallar İran hökumətinin İranda yaşayan türklərin öz ana dillərində təhsil almaq hüququndan məhrum edildiyinə toxunaraq, tədrisin bitdiyi zaman bölgədəki türklərin türkcəni yaxşı öyrənmiş və beləliklə bir çox kitab və mənbələrə rahatlıqla çatmış olacağını, Türkiyə və İran Azərbaycanı arasında bağların möhkəmlənəcəyini vurğulayır.

İranda yaşayan fars olmayan etniklər, o cümlədən Azərbaycan türkləri və digər bölgələrdə yaşayan türklər ana dillərində təhsil almaq hüququndan məhrumdur. Bir çox Azərbaycanlı siyasi və ictimai fəal ana dilində təhsil almaq hüquqlarını tələb etmək üçün apardıqları dinc fəaliyyətlərdən dolayı həbs edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG