Türkiyə valyutasının çökməsi ilə faiz dərəcələri artıb və nəticədə ölkənin bir zamanlar inkişaf edən inşaat sektoru dərin tənəzzülə uğrayıb. Bir vaxt Türkiyə iqtisadiyyatının lokomotivi hesab edilən inşaat sektorundakı böhran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün problemlər yarada bilər.
Türkiyənin bir zamanlar inkişaf edən inşaat sektorunda inkişaf dayanıb. Valyutanın çoküşə uğraması ilə idxal olunan malların qiymətlərinin, habelə faiz dərəclərinin artması inşaat sektoruna böyük ziyan vurub.
Mən həyat yoldaşım və iki uşağımla yaşayıram və biz artıq kirayə haqqı ilə aylıq xərcləri ödəyə bilmirik. Bizim bunları qarşılamağa maddi gücümüz yoxdur. Ona görə də, mən 56 gündür burada etiraz edirəm.Taner Mutlu
Aylardır maaş almayan tikinti işçiləri lüks yaşayış binalarının bloklarını zəbt edib.
“Mən həyat yoldaşım və iki uşağımla yaşayıram və biz artıq kirayə haqqı ilə aylıq xərcləri ödəyə bilmirik. Bizim bunları qarşılamağa maddi gücümüz yoxdur. Ona görə də, mən 56 gündür burada etiraz edirəm” – deyə, tikinti işçisi Taner Mutlu bildirir.
Bir çox ailər böhran səbəbilə evlərini itirib.
İnkişaf zamanı isanlar evlərinin olduğu yerlərdə tikiləcək böyük binalarda yeni mənzillər alacaqlarına dair vədlər müqabilində öz evlərini təhvil verib. Bu cür ailələrin sayı isə iki minə yaxındır.
Lakin İstanbulun Fikirtepe ərazisində vəd olunanevlərdən geri qalan budur.
“Onlar bu rayonu ələ keçirdi və ev tikəcəklərini dedi, amma tikmədi. Bütün podratçılar, portfelli kişilər gəlib yalan danışıb, insanlardan pul aldılar , ailələrin əllərindən torpaqları aldılar, indi isə heç nə inşa etmirlər”, Fikirtepe rayonunun sakini Zeynəb Düzgünoğlu söyləyir.
Türkiyənin çox əmək tələb edən inşaat sənayesi on ildən çox davam edən iqtisadi inkişafın mühərriki hesab olunurdu.
İnşaat sektorunu ayaqda saxlamaq məqsədilə dövlət infrastruktur layihələri davam edir.
Ötən ay bunlardan biri – İstanbulun yeni hava limanının açılışı oldu və o indi dünyanın ən böyük hava limanı hesab edilir.
Bu böyük inşaat layihələrindən bir digəri İstanbul yaxınlığında nəhəng kanalın tikintisi olacaq. Prezident Ərdoğan kanalın inşasının gələn il başlayacağına söz verib.
Milyardlarla dollar dəyərində olan bu layihələrin miqyasına baxmayaraq, onlar inşaat sektorundakı böhranla müqayisədə çox kiçikdir.
“Mən son 35 ildə buna bənzər heç nə görməmişəm. Daha öncə işdən çıxarılan, maaşları verilməyən bu qədər çox insan olmayıb, iş şəraiti də bu dərəcədə pis olmayıb. Bunların hamısı daha öncə baş verib, amma bu dəfə vəziyyət 100 dəfə daha pisdir”, işçilərin nümayəndəsi Mustafa Adnan Akyol deyir.
Böhranın yaxınlaşması Ərdoğan üçün problemlərə səbəb ola bilər. Türkiyədə şəhər səviyyəsindəki mühüm seçkilər mart ayında keçiriləcək.