Accessibility links

Türkiyədə insan haqlarına qarşı təqiblər artır


Türkiyə hüquq-mühafizə orqanları 2016-cı ildə prezident Rəcəb Tayyib Ərdoğana qarşı çevriliş cəhdində iştirakda ittiham olunan yüzlərlə ordu heyəti ilə bağlı həbs qərarı çıxarıb.

Təhlüksizlik qüvvələri cümə günü eyni anda 295 ordu heyətinin evində reydlər keçirib. Hüquq-mühafizə orqanlarının həbs etmək istədiyi insanlar arasında polkovniklər daxil olmaqla yüksək rütbəli zabitlər var.

Prokurorluq bildirib ki, həbslər Gülənlə əlaqəsi olan gizli şəbəkənin ictimai telefonlardan istifadəsi ilə bağlı aparılan əməliyyatın nəticəsidirir.

Fəthullah Gülən
Fəthullah Gülən

Birləşmiş Ştatlarda yaşayan Gülən təhlükəsizlik qüvvələrindəki tərəfdarlarından ibarət şəbəkədən istifadə edərək hakimiyyəti ələ keçirməkdə ittam olunur. Gülən isə bu ittihamı rədd edir.

70 min insan həbs olunub

Türkiyə çevriliş cəhdi ilə əlaqədar kütləvi həbslər davam edir. 70 mindən insan artıq həbsdədir. Lakin təqiblər artdığı üçün tənqidçilər höküməti demokratiyanı qorumaq əvəzinə müxalif səsləri boğmaqda günahlandırır.

Türkiyənin apelyasiya məhkəməsi çərşənbə axşamı Cumhuriyet qəzetinin 14 jurnalisti və rəsmisinə qarşı çıxarılan qərarı qüvvədə saxlayıb. Onların hər biri Gülənə dəstəklə bağlı terror ittihamları səbəbilə həbs cəzası ilə üzləşir.

Çevriliş cəhdindən bəri onlarla jurnalist həbs olunub, beynəlxalq insan haqları qrupları və media haqları qrupları tez-tez Türkiyəni dünyada ən çox jurnalistin həbs olduğu ölkə kimi göstərir. Ankara isə həbsdə olanların heç birinin jurnalist fəaliyyətinə görə həbs olmadığını təkid edir.

Türkiyə və PKK

Cümə axşamı İstanbul məhkəməsinin 27 akademikə qarşı terror ittihamları ilə hökm çıxarması təqiblərlə bağlı tənqidləri artırıb. Akademiklər Türkiyə dövləti ilə PKK arasında onillərdir davam edən münaqişəyə son qoymağa çağıran petisiya imzaladıqları üçün iki il müddətinə həbs olunub. Türkiyə, Birləşmiş Ştatlar və Avropa İttifaqı PKK-ni terror təşkilatı olaraq tanıyır.

İndiyədək 129 akademik günahkar tanınıb, yüzlərlə akademikin məhkəməsi ilə hələ də davam edir. Onların məhkmə işləri dünya boyu qınaqlara səbəb olub.

Avropa İttifakının bayrağı ilə Türkiyə bayrağı
Avropa İttifakının bayrağı ilə Türkiyə bayrağı

Belə görünür ki, Avropa Parlamentinin Ankaraya qarşı səbri tükənir. Parlamentin Xarici İşlər Komitəsi çərşənbə axşamı insan haqları vəziyyətinin pisləşməsi və qərəzli ədliyyə sisteminin yaranamsını səbəb göstərərək, mart ayında Türkiyənin ittifaqa üzvlük tələbini təxirə salmaq üçün səsverməyə çağırıb.

Lakin Avropa Parlamentindəki səsvermə məcburi deyil, çünki Türkiyənin üzvlük tələbinin son aqibəti ilə bağlı yekun qərarı Avropa liderləri verirlər.

Türkiyə Avropaya daxil olmaq istəyən miqrantların ilk dayanacağı olduğu üçün, təhlilçilər deyir ki, Avropa liderləri Ankaranı qəzəbləndirmək istəməyəcək.

Çərşənbə günü təqiblər artıb. Belə ki, aparıcı xeyriyyəçi və milyoner biznesmen qiyama çağırışda ittiham olunub və o, günahkar tanınsa ömürlük həbs cəzası ilə üzləşə bilər. Kavala artıq bir ildir həbsdədir.

Kavala Türkiyədə vətəndaş cəmiyyətinin əsas tərəfdarlarındandır. O, mədəni, dini və etnik bölgüləri birləşdirmək istəyir.

XS
SM
MD
LG