Accessibility links

Türkiyədə kiprli türk jurnalistin 25 il əvvəl qətli ilə bağlı istintaq başladılıb


İstanbul prokurorluğu çərşənbə axşamı kiprli türk jurnalistin 25 il əvvəl öldürülməsi ilə bağlı istintaqın başladıldığını bildirib. İstintaq mafiya liderinin keçən ay jurnalistin keçmiş türk nazirlərindən birinin əmri ilə qətlə yetirildiyini deməsindən sonra başlasılıb.

Cinayətkar dəstənin məhkum edilmiş lideri Sedat Pekerin "YouTube"da 1990-cı illərdə mühakiməsiz qətllər barədə təsdiqlənməmiş iddiaları bu on il ərzində yüzlərlə insanın açılmamış cinayətlərini Türkiyədə yenidən gündəmə gətirib.

17 milyon türkün izlədiyi bir videoda Peker 1996-cı ildə qardaşına keçmiş bir nazirin əmri ilə jurnalist Kutlu Adalını öldürmək tapşırığını verdiyini deyib.

Peker qardaşı Atillanın qətli həyata keçirə bilmədiyini deyib, ancaq buna baxmayaraq Adalı qısa müddət sonra, 1996-cı ilin iyulunda güllələnərək öldürülüb.

Atilla Peker doqquz gün əvvəl, qardaşının videosu yayımlandıqdan bir neçə saat sonra qısa müddətə nəzarətə alınıb.

İstanbulun Anadolu prokurorluğu çərşənbə axşamı Atilla Pekerin təhqiqat üçün "müxtəlif iddialar daxil edildiyi" müraciətinə əsasən Adalının qətli ilə bağlı istintaqa başladıldığını bildirib.

Prokurorluq bildirib ki, onlar Şimali Kipr Türk Respublikasının məhkəmə orqanlarından qətllə bağlı məlumat və sənəd əldə etməyə, habelə Türkiyədə potensial sübut toplamağa çalışırlar. Prokurorlu həmçinin Atilla Pekerdən ətraflı ifadə alınacağı bildirib.

Adalının qətli ilə bağlı aparılan ilkin istintaqda kimin məsuliyyət daşıdığı aşkar edilməyib. Avropa İnsan Haqları Məhkəməsi 2005-ci ildə Türkiyəni "qətllə əlaqəli yetərli və təsirli bir təhqiqat" aparmamaqda ittiham edib.

49 yaşlı Sedat Peker 1990-cı illərdə cinayət aləmində məşhurlaşıb və 2007-ci ildə cinayətkar dəstə yaratmaq və ona rəhbərlik etmək daxil olmaqla, müxtəlif cinayətlərdə ittiham edilərək, 14 il həbs cəzasına məhkum edilib.

Peker hazırda Dubayda olduğunu desə də, Reuters xəbər agentliyi onun yerini təsdiq edə bilməyib. Onun indiyə qədər yüklədiyi səkkiz video 70 milyondan çox dəfə izlənib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG