Accessibility links

Türkiyədə meşə yanğınlarında 3 nəfər həyatını itirib, onlarla kənd boşaldılıb


Türkiyənin Kənd təsərrüfatı və meşəçilik naziri ölkədə baş verən yanğınlar nəticəsində üç nəfərin öldüyünü xəbər verir. Ölkənin cənubunda artıq iki gündür ki, güclü meşa yanğınları davam etməkdədir.

İndiyə qədər 100 nəfərin evakuasiya edildiyi, tibbi müdaxilə olunduğu və ya əmlakına ziyan dəydəyi bildirilir. Xilasedicilər yanğınları nəzarət altına almağa çalışır.

Televiziyada yayımlanan görüntülərdə turistik məkanların yaxınlığında yanğınsöndürənlərin helikopterlər vasitəsilə yanğınları söndürməyə çalıraşkən insanların yanmış binalar və tarlalardan qaçdığı görünür.

İsti hava və güclü külək meşə yanğınlarının kurort şəhəri Antalyanın 45 km şərqində yerləşən Manavqat qəsəbəsi və ətraf kəndlərinə yayılmasına səbəb olub.

Kənd təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli bildirib ki, Manavqatın şimal-şərqində evakuasiya işləri zamanı 82 yaşlı bir kişinin cəsədi tapılıb. Digər iki nəfərin cəsədi isə Manavqatın şərqində aşkarlanıb.

Yanğınsöndürmə işlərinə bir təyyarə, bir dron, 19 helikopter, təxminən 250 texnika və 960 nəfər canlı qüvvə cəlb edilib.

"Yanğının təsir göstərə biləcəyi ərazilərdə yerləşən evlər boşaldılıb. Bir neçə ev, ofis, təsərrüfat, əkin sahələri, istixanalar və nəqliyyat vasitələri yanğından zərər görüb" deyə nazirlik bildirir.

Nazir Bekir Pakdemirli rəsmilərin Antalyada 18 kənd və bölgəni, qonşu Adana və Mersində əlavə olaraq 16 kəndin evakuasiya etdiyini bildirir.

Rəsmilər həmçinin Manaqvat xəstəxanasını da evakuasiya edib.

Türkiyənin cənubu, Aralıq dənizi sahilləri qızmar və isti yay havaları səbəbindən tez-tez meşə yanğınları ilə üz-üzə qalır.

Rəsmilər hazırkı yanğınların indiyə qədər baş verən ən böyük yanğın olduğunu bildirir.

Pakdemirli çərşənbə axşamından etibarən Türkiyənin 81 vilayətinin 13-də 41 meşə yanğının olduğunu və bunlardan 31-nin nəzarət altına alındığını deyib.

Televiziyada yayımlanan görüntülərndə Egey dənizi sahilindəki Marmaris kurortunda yaşayış bölgələri yaxınlığındakı təpələrdə də yanğının olduğu görünüb.

Türkiyə bu yay ekstremal hava şəraiti səbəbindən bir sıra fəlakətlərlə mübarizə aparıb. Keçən həftə Qara dəniz bölgəsində altı nəfərin ölümünə səbəb olan daşqınlar baş vermişdi.

XS
SM
MD
LG