Türkiyə təhlükəsizlik qüvvələri İstanbulda Gezi hadisələrinin bir ilini qeyd etmək üçün toplaşan nümayişlərə müdaxilə edib.
Polis nümayişçiləri İstanbulun Taksim meydanından dağıtmaq üçün göz yaşardıcı qaz və suvuran maşınlardan istifadə edib.
Türkiyə hökuməti 2013-cü ilin may ayında Taksim meydanı yaxınlığında Gəzi parkında ağacları qıraraq yerində ticarət-əyləncə kompleksi ucaltmağa qərar vermişdi. Bu qərar ölkənin bir çox şəhərlərində kütləvi iğtişaşlara səbəb olmuşdu. Polislə nümayişçilər arasında qarşıdurmalar zamanı 12 nəfər həlak olmuşdu.
Dünən isə Türkiyə baş naziri Rəcəb Tayip Ərdoğan bundan əvvəl Taksim meydanında kütləvi etirazların ildönümü ilə əlaqədar aksiyaların keçirilməsinə qoyulan qadağanı pozmağa cəhd edən hər kəsin saxlanılacağını bəyan edib.