Accessibility links

Türkiyədə oktyabr ayında inflasiya 25 faizə çatıb


Türkiyədə oktyabr ayında inflasiya 25 faizə çatıb
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Türkiyədə oktyabr ayında illik inflasiya 25.2 faizə çatıb. Bu, son 15 ilin ən yüksək göstəricisidir və zəifləyən valyuta böhranının iqtisadiyyata təsirini göstərir.

Statistika İnstitutunun bazar ertəsi açıqladığı məlumatlara görə, istehlakçı qiymət indeksləri oktyabr ayında 2.67 faiz artıb. Bu isə Reuters-in apardığı sorğu nəticəcələrinə əsasən proqnozlaşdırdığı 2 faizdən daha yüksəkdir.

Bu, son 15 ilin ən yüksək inflasiya nisbətidir. 25 faiz çox yüksəkdir və qiymətlərə təsir göstərir. Əvvəllər 5 liraya 5 alma ala bilirdik, indi isə təkcə 4.
Hülya Ayanoğlu

“Bu, son 15 ilin ən yüksək inflasiya nisbətidir. 25 faiz çox yüksəkdir və qiymətlərə təsir göstərir. Əvvəllər 5 liraya 5 alma ala bilirdik, indi isə təkcə 4”- broker Hülya Ayanoğlu deyib.

“Bizim alıcılıq qabiliyyətimiz sıfıra enib. Biz heç nə ala bilmirik, heç nə sata da bilmirik. Bu təkcə məndə belə deyil, mənim yanımdakı qəzet budkası da, market də, ərzaq satıcılarında da vəziyyət belədir. Bizim piştaxtalarımız boşdur. Heç kəs heç nə almır”, satıcı Dilbər Yağ bildirib.

Maliyyə naziri Berat Albayrak inflasiyanın pik səviyyəyə çatdığını təxmin edirdi. Bu inflasiyaya liranın dəyər itirməsi səbəb olub ki, bu da öz növbəsində hökümətin artımla bağlı proqnozlarını azaltmasına gətirib çıxarıb.

Türkiyə iqtisadiyyatının bu və növbəti rüb zəifləyəcəyi və Mərkəzi Bankın sentyabr ayında kəskin şəkildə 24 faizədək artırdığı bençmark faiz dərəcələrini yenidən artıraraq artan qiymət təzyiqinə qarşı mübarizə məqsədli hər hansı addım atmasının qarşısını alacaq.

“Fikrimcə inflasiya artmağa davam etsə Mərkəzi Bank faiz dərəcələrini yenidən artırmaq istəməyəcək, çünki bu, tənəzzülü daha da dərinləşdirəcək”, deyə, Blue Bay Aktivlərin İdarəsi təşkilatının strateqi Timoti Aş bildirib.

Onlar deflasiya və tənəzzülün inflasiyaya təsir göstərəcəyini gözləyəcək və bu doğru addımdır. Amma onların zamana ehtiyacı olacaq.

Türkiyənin maliyyə naziri Berat Albayrak
Türkiyənin maliyyə naziri Berat Albayrak

İnflasiya göstəriciləri açıqlanmadan öncə liranın dollara nisbətən dəyəri 5.4525-ə düşüb.

Artan inflasiya ilə bağlı narahatlıqlar və Vaşinqtonla pisləşən münasibətlər səbəbilə insanların dollarları satması nəticəsində vəziyyət bir az bərpa olunsa da, valyutanın dəyəri 30 faiz aşağı olaraq qalır.

“Unutmayın ki, ABŞ-la Türkiyə arasında ticarət danışıqları aparılır. Dünyanın ən böyük iqtisadiyyatı ilə ticarət münaqişəsi yaşayırsansa, inflasiya nisbəti də 25 faizdən çoxdursa, əlbəttə ki, bu böyük problemlər yaradacaq. Bu isə böyük ziyanlara səbəb ola bilər”, Axitrader-in baş bazar analitiki Ceyms Hyu söyləyib.

İstehlakçı qiymətləri ötən illə müqayisədə 45.01 faiz, əsas inflasiya isə 24.34 faizə çatıb.

Yüksək faiz dərəcələrinin əleyhdarı olan prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni, maliyyə naziri Albayrak deyib ki, o indi artq inflasiyanın kəskin azalacağını gözləyir.

“Biz noyabr və dekabr üçün müsbət trend görürük”, deyə o bazar ertəsi A Haber telekanalına bildirib.

Albayrak oktyabr ayında inflasiyaya qarşı mübarizə elan edib, bütün şirkətləri ilin sonunadək inflasiyaya səbəb olan məhsullara 10 faiz endirim etməyə çağırıb.

Fikrimcə inflasiya artmağa davam etsə Mərkəzi Bank faiz dərəcələrini yenidən artırmaq istəməyəcək, çünki bu, tənəzzülü daha da dərinləşdirəcək.
Timoti Aş

Bundan əlavə oktyabr ayında mərkəzi bank sentyabrdakı artımın təsirlərini müşahidə etdiyi bir vaxt faiz dərəcələrini dəyişməyib.

Lakin inflasiyada artımla bərabər real faiz dərəcələri 0-dan aşağı enib.

Albayrak ötən həftə inflasiyanın qarşısını almaq və istehlak xərclərini müvəqqəti artırmaq məqsədilə istehsal vergisini qismən azaldıb. Moody’s reytinq agentliyi bu tədbiri kredit üçün mənfi hal adlandırıb və bunun lirəyə yeni təzyiqlərə səbəb olacağını bildirib.

"Təbii ki, bir vətəndaş olaraq mən bunun çox yüksək olduğunu düşünürəm. Buna görə, bu vəziyyət fəhlə sinfi, hətta pensiyaçılara böyük təsir göstərin. Biz həqiqətən də mücadilə edirik" – deyə, pensiyaçı Əyyüb Özeb bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG