Accessibility links

Türkiyədə partlayış: 3 ölü


Reyhanlı
Reyhanlı

Prezident Ərdoğan bildirib ki, cümə günü Türkiyənin cənub-şərqində Suriya ilə sərhəd yaxınlığında maşın partlayıb. Nəticədə üç suriyalı həlak olub. Ərdoğan əlavə edib ki, ilkin istintaq bunun terror hücumu olduğuna işarə edib.

Partlayış Reyhanlı şəhərində baş verib. Ərdoğanın bildirdiyinə görə, orada rəsmilər partlayışın səbəbini müəyyən etməyə çalışır. O deyib ki, partlayışın maşına yerləşdirilən bombanın partlamsı nəticəsinə baş verdiyi aydındır.

Təhlükəsizlik mənbələri maşındakı suriyalı sərnişinlərdən birinin intiharçı bomba hücumçusu olduğunu bildirib. Onun partlayıcı cihazı erkən partlayıb. Maşındakı sərnişinlərin İslam Dövləti qrupu ilə mümkün əlaqələri araşdırılır. Bundan əlavə partlayış nəticəsində bir nəfərin xəsarət aldığı bildirilib.

Reyhanlıda minlərlə suriyalı qaçqın yaşayır. 2013-də regionda baş verən bir sıra bomba hücumlarından sonra Türkiyə Suriya ilə bölüşdüyü 900 kilometrlik sərhəddə nəzarəti gücləndirib.

2013-cü ilin mayın 11-də Hatay vilayətində yerləşən Reyhanlı şəhərində iki maşın bombasının partlaması nəticəsində 52 nəfər həlak olmuşdu. O zaman Türkiyə hücumlara görə Suriya prezidenti Bəşər Əsədə sadiq qrupu günahlandırmış, Dəməşq isə hücumla hər hansı əlaqəsini inkar etmişdi.

May ayında Türkiyə rəsmilərin 2013-cü ildə baş verən hücumu planlaşdırdığını söylədiyi Yusuf Nazik 53 dəfə ömürlük həbs cəzasına məhkum edilib.

Türkiyə səkkiz illik müharibə ərzində Suriya hökümətinə qarşı döyüşən üsyançıların ən böyük dəstəkçilərindəndir. Türkiyədə 3.5 milyon suriyalı qaçqın yaşayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG