Accessibility links

Türkiyədə Ramazan Bayramında küçəyə çıxmaq qadağan olunacaq


Prezident Rəcəb Tayyib Ərdoğan bu gün açıqladığı tənzimləmə təqvimi ilə mayın 24, 25 və 26 tarixlərində Ramazan Bayramı günlərində 81 vilayətdə küçəyə çıxma qadağası tətbiq ediləcəyini bildirib.

Ərdoğan bu gün video konfrans formatında keçirdiyi iclasdan sonra bu haqda danışıb. Prezident canlı yayımlanan "Millətə müraciət" çıxışı ilə koronavirus üçün yeni tənzimləmə təqvimini açıqlayıb.

"Pandemiya təhlükəsinin qlobal səviyyədə aradan qaldırılması bütün dünyada problemin həlli ilə mümkündür. Türkiye olaraq sərhədlərimizi başqa ölkələrə tamamilə bağlayıb, gündəlik həyatı tamam dayandırıb illərlə gözləyə bilmərik. Maskadan istifadəni vərdiş halına gətirəcəyik. Küçədə, iş yerlərində, ictimai həyatın hər sahəsində digər insanlarla aramızda 1.5-2 metrlik sosial məsafəni saxlamağa fikir verəcəyik. Maska, məsafə və təmizlik üçlüyü artıq həyatımızın ayrılmaz hissəsinə çevriləcək" - deyə, Ərdoğan bildirib.

Türkiyədə hələ koronavirus riskinin keçmədiyini və bu yeni dövrü "idarə olunan sosial həyat" adlandırıldığına işarə edən ölkə prezidenti bunları qeyd edib: "Pandemiya ilə əlaqədar hər gün açıqladığımız xəstə və ölüm səviyyəsi artıq üfüqi istiqamətdə olduğumuzu göstərir. Ancaq bu xətti aşağıya doğru davam etdirməli və mümkün qədər tez zamanda yeni yoluxma hallarının sayını azaltmalıyıq. Həyata keçirməyə başladığımız normallaşdırma təqvimi ilə yoluxmaların sayını daha aşağı səviyyəyə salmaq mümkündür" - deyə, Rəcəb Tayyib Ərdoğan bildirib.

O, həmçinin "yeni normallaşdırma addımları"nda küçəyə çıxmaq qadağasının tətbiqi haqda danışıb. Ərdoğan vurğulayıb ki, bu qadağa Ramazan Bayramında bütün Türkiyəyə şamil ediləcək. 23-26 may tarixlərində 81 vilayətdə küçəyə çıxmaq qadağası tətbiq ediləcək.

XS
SM
MD
LG