Accessibility links

Türkiyədə silah anbarında partlayış baş verib


Türkiyədə Suriya sərhədi yaxınlığında hərbi sursat anbarında güclü partlayış baş verib.

Cümə günü Türkiyənin cənubunda Hatay vilayətində yerləşən silah-sursat anbarında bir neçə güclü partlayış olub. Hadisə səhər saatlarında Suriya ilə sərhədə yaxın Reyhanlı şəhərində baş verib. Anbarların bir neçə hissəsində yanğın olub. Silah-sursat anbarı futbol stadionunun yaxınlığında yerləşir.

Yerli televiziyanın verdiyi məlumata görə, ətrafdakı evlərin sakinləri təxliyə edilib. Təcili yardım əməkdaşları ərazini mühasirəyə alıb. Şəhərin ətrafındakı ən böyük yollar bağlanıb.

Hadisənin səbəbi hələ ki, məlum deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG