Accessibility links

Türkiyədə sirli metal monolit aşkar edildikdən sonra yoxa çıxıb


Türkiyənin cənub-şərqindəki tarlada müəmmalı şəkildə ortaya çıxan metal monolit dörd gündən sonra yoxa çıxıb. Bu barədə çərşənbə axşamı yerli media məlumat verib.

Üzərində qədim türk yazısı olan üç metrlik metal lövhə cümə günü Şanlıurfa vilayətində bir fermer tərəfindən tapılmışdı. Lövhə Stounhenc abidəsindən min illər əvvəl, eramızdan əvvəl 10-cu minilliyə aid meqalit tikililərin yerləşdiyi və UNESCO-nun Dünya İrsinə salınmış Göbekli Təpə ərazisi yaxınlığında aşkar edilmişdir.

Ancaq rəsmilərin video-müşahidə vasitəsilə onun xarici görünüşü və hansı yolla həmin əraziyə gətirilməsini tədqiq etdiklərini bildirməsindən bir neçə gün sonra parıltılı lövhənin çərşənbə axşamı yoxa çıxdığı haqda məlumat verilib.

Onun rəsmilər tərəfindən götürülüb-götürülmədiyi dərhal aydın deyildi. Şanlıurfa valiliyindəki rəsmilərdən də şərh almaq mümkün olmayıb.

Dövlətə məxsus Anadolu Agentliyi ərazinin sahibinıistinadən onun lövhənin həm ortaya çıxması, həm də yox olmasından narahatlıq keçirdiyini bildirib.

"Marketinq məqsədilə və ya reklam olaraq sahəmə qoyulduğunu bilmirik. Gördük ki, metal blok artıq yerində deyil. Sakinlər də metal blokun sirrini aça bilmirlər" - deyə, Anadolu agentliyi Fuad Demirdilin sözlərini sitat gətirib.

Yerli sakin Həsən Yıldız agentliyə bildirib ki, lövhə bazar ertəsi axşamı hələ tarlada olub, ancaq səhərə yaxın yoxa çıxıb.

Verilən məlumatlara əsasən, monolitin üzərində qədim türk Göktürk əlifbası ilə "Göyə baxın və ayı görəcəksiniz" sözləri yazılıb.

Digər müəmmalı monolitlər də son aylarda bir çox ölkələrdə oxşar şəkildə peydə olub və bəziləri yoxa çıxmışdı.

Göbekli Təpədə Türkiyənin "Netflix"də yayımlanan "Vergi" serialının çəkilişinin aparıldığı yer olub.

XS
SM
MD
LG