Accessibility links

Türkiyədə son iki aydır ilk dəfə həftə sonu məhdudiyyət tətbiq olunmayıb


Türkiyədə insanlar son iki ayda ilk dəfə olaraq şənbə günü evdən bayıra çıxa biliblər. Buna səbəb prezident Rəcəb Tayyib Ərdoğanın evdə qalmaqla bağlı göstərişi ləğv etməsi olub.

Ölkədə yoluxma hallarında azalma müşahidə olunduğu üçün kafelər, restoranlar və digər müəssisələr bazar ertəsi yenidən fəaliyyətə başlayıb, şəhərlərarası səyahətə qadağa aradan qaldırılıb. Lakin Ərdoğan aprelin 11-dən etibarən böyük şəhərlərdə həftəsonu tətbiq olunan məhdudiyyətləi davam etdirmək niyyətində olsa da, icmatiyyətin etirazları ilə qarşılaşıb.

Şənbə günü insanlar İstanbulda çimərliklərə və parklara axışıb. Paytaxt Ankarada isə həftəsonu səfərə çıxanlar şəhər boyu tıxaclara səbəb olub.

“Mən sonuncu dəfə burada 70 gün öncə olmuşam” – deyə, İstnabulun Eminönü rayonunda balıq tutan Gülay Çevik deyib. “Mən hər zaman bura balıq tutmağa gəlirdim, amma pandemiyadan bəri özümüzü bir az qorumalı idik. Amma bunu edə bilmək üçün darıxmışdım” , o deyib.

23 yaşlı dövlət qulluqçusu Cevdet Akaydan dostları ilə birlikdə İstanbulun qərbindəki çimərlikdə üzüb.

“Çox gözəldir. İndi çox təmiz və əladır, dincəlirsən. Hər kəs bura gəlməlidir”, o deyib.

Lakin Ərdoğan yoluxmaların yenidən arta biləcəyi ilə bağlı narahatlığını dilə gətirib. Cümə günü 930 yeni yolxuma halı qeydə alınıb ki, bu da bu həftənin əvvəlində qeydə alınan 786 yoluxma halından daha çoxdur. İndiyədək Tükiyədə koronavirusdan 4,648 nəfər ölüb, xəstəliyə ümumilikdə 168,340 nəfər yoluxub.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG