Accessibility links

Türkiyədə Wikipedia saytına giriş qadağası aradan qalxır


İnternet ensiklopediyası olan Wikipedia-ya Türkiyədə tətbiq olunan giriş qadağası bu gün ləğv olunub. 29 Aprel 2017-ci ildən BTK sözügedən veb-səhifəyə giriş qadağası tətbiq etmişdi.

2019-cu ilin dekabrın 29-da Konstitusiya Məhkəməsi Wikipedia üçün fərdi müraciətdən sonra bu barədə qərar verib. Məhkəmə sayta giriş qadağasının ifadə azadlığına müdaxilə olduğunu bildirib.

Lakin Konstitusiya Məhkəməsinin dekabrın 29-da verdiyi qərara baxmayaraq, məhkəmənin əsaslandırılmış qərarı bu gün Rəsmi Qəzetdə dərc olunana qədər Wikipedia-ya giriş əngəli qüvvədə qalmışdı.

Konstitusiya Məhkəməsinin qərarı ilə Wikipedia-nın bütün dillərdəki versiyalarına Türkiyədən girişə icazə verilməsi gözlənilirdi. Lakin yerli məhkəmə sayta girişə icazə qərarını təsdiqləmədiyindən hələ də giriş mümkün deyil.

Məhkəmənin qərarına əsasən, əvvəllər sayta giriş qadağasına səbəb olmuş “Suriyanın vətəndaş müharibəsinə xarici müdaxilə” və “dövlət dəstəkli terror” adlı səhifələrə maneələr qalmaq şərti ilə sayta girmək mümkün olacaq.

XS
SM
MD
LG