Accessibility links

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 41-ə çatıb


Türkiyənin fəlakət və fövqəladə hallar agentliyi keçən həftə baş verən güclü zəlzələdən sonra ölənlərin sayının 41-ə çatdığını bildirib.

Cümə günü axşam saatlarında baş verən 6,8 bal gücündə zəlzələdən sonra Elazığ bölgəsindəki dağıntıları təmizləmək üçün təxminən 4000 nəfər soyuq hava şəraitində işləməyə məcbur olub.

Rəsmi qurumlar Elazığda 76 binanın dağıldığını və yüzlərlə insanın zərər çəkdiyini bildirir.

Associated Press agentliyi bildirir ki, təcili yardım işçiləri 9500 çadır quraraq, evsiz qalmış insanları qida və sığınacaqla təmin edib.

Bu günə qədər 45 nəfərin dağıntıların altından çıxarıldığı bildirilir.
Türkiyə televiziyasında 35 yaşlı ananın 2 yaşlı qızı ilə birlikdə 28 saat dağıntılar altında ilişib qaldıqdan sonra xilas edildiyini göstərən video görüntülər yayımlanıb.

Türkiyə höküməti zəlzələ nəticəsində 1600-dən çox insanın yaralandığını və onlardan 13 nəfərin reanimasiyada olduğunu bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fəlakət nəticəsində evlərini itrən insanların ən qısa müddətə evlə təmin ediləcəyinə söz verib. "Türkiyə baş verən bu böyük fəlakətin yaralarını birlik və bir araya gəlməklə sağaltmağa başlayıb" deyə, o bildirb.

Türkiyənin Hürriyyət qəzetində yer alan xəbərə görə, cümə günü baş verən zəlzələdən sonra 900-dən çox yer titrəyişləri hiss olunub.

XS
SM
MD
LG